İlham Zəkiyev: “Məndən bilet istəməyin...” – Video

İlham Zəkiyev: “Məndən bilet istəməyin...” – Video
XƏBƏR 19 Mart 2017 / 16:36 7514
-  A +

İkiqat paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, dünya kubokunun, Avropa Oyunlarının qalibi İlham Zəkiyev Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunlarında azarkeşləri idmançılarımıza dəstək olmağa çağırıb.

Qol.az-ın supersport.az-a istinadən yaydığı xəbərə görə, “İslamiadanın ən yüksək səviyyədə təbliğatı” layihəsi çərçivəsində keçirilən təbdbirə qatılan İ.Zəkiyev deyib: “Bütün gücümüzlə möhtəşəm yarışa hazırlaşırıq. Mən də mübarizə aparacağam. Ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Sonda İ.Zəkiyev azarkeşlərə müraciət edib və zarafatında da qalmayıb: “Bütün azarkeşləri dəstək olmağa, dua etməyə çağırıram. Yarışa 10 gün qalmış məndən bilet istəməyin, satmıram” (gülür).

Qeyd edək ki, oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılıb. Seçmə mərhələ və final üçün biletlər 2-3-5 manatdır. Açılış mərasimini izləmək istəyənlər üçün qiymət fərqlidir: 20, 50, 100, 200 manat. Bağlanışa biletlər 10, 20, 50, 100 manatdır. IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edirlər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.


Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi