“Fənərbaxça” yenə qələbəyə həsrət qaldı

“Fənərbaxça” yenə qələbəyə həsrət qaldı
XƏBƏR 27 Fevral 2017 / 00:00 2185
-  A +

Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün turun daha 3 oyunu keçirilib.

Lider “Beşiktaş”ın ən yaxın izləyicisi olan “Başakşehir” səfərdə “Osmanlıspor”un qonağı olub. Matçın əvvəlində vurulan qol qonaqlara 3 xal qazandırıb. Bununla da “Başakşehir” 3 turdan sonra qalib gəlməyi bacarıb.

Lakin paytaxt klubundan fərqli olaraq, “Fənərbaxça” uğursuz oyunlar seriyasına son qoya bilməyib. Son 3 turda cəmi 2 xal toplayan İstanbul klubu Qaziantep səfərindən də qələbəsiz qayıdıb.

Türkiyə Superliqası

XXII tur

26 fevral

“Kardemir Karabük” - “Gənclərbirliyi” 1:0
Qol:
Seleznyov, 39-pen

“Osmanlıspor” - “Başakşehir” 0:1
Qol:
Pektemek, 7

“Qaziantepspor” - “Fənərbaxça” 1:1
Qollar:
Yılmaz, 11 (1:0), Lens, 23 (1:1)

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” - “Beşiktaş” derbisi ilə yekun vurulacaq.

Hazırda “Beşiktaş” 47 xalla liderdir. 1 xal az toplayan “Başakşehir” ikincidir. “Qalatasaray” 40 xalla üçüncü, “Fənərbaxça” isə 38 xalla dördüncü yeri tutur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi