“Barselona” rəhbərliyi saxta və nankordu" - Dani Alveş

“Barselona” rəhbərliyi saxta və nankordu" -  Dani Alveş
XƏBƏR 20 Fevral 2017 / 17:42 5624
-  A +

“Yuventus”un futbolçusu Dani Alveş sabiq komandası “Barselona” haqda ittiham dolu fikirlər səsləndirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi Kataloniya klubunun rəhbərliyini nankorluqda ittiham edib:

“Barselona”dan ayrılacağım haqda xəbərlər eşitsəm də, klub rəhbərliyi mənə heç nə demirdi. Onlar saxta və nankor insanlardı. Mənə hörmət etmədilər. Yalnız FİFA “Barsa”ya transfer qadağası qoyandan sonra onlar mənimlə maraqlanmağa başladılar. Qalmağa razılaşdım və müqaviləyə qol çəkdim. Ancaq sözləşmədəki bəndlərdən biri istənilən vaxt müqaviləmə xitam verməyimə imkan verirdi”.

Qeyd edək ki, Dani Alveş 2008-2016-cı illərdə “Barselona”da çıxış edib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi