“Barselona” baş məşqçini dəyişir

“Barselona” baş məşqçini dəyişir
DÜNYA FUTBOLU 16 Fevral 2017 / 12:16 17111
-  A +

“Barselona” baş məşqçisi dəyişmək qərarına gəlib.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniyanın “AS” qəzeti məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar klubun prezidenti Xosep Mariya Bartemou yaxın günlərdə idman direktorları Robert Fernandeslə görüşəcək. Görüşdə yeni baş məşqçi ilə konkret danışıqlara başlamaq üçün göstəriş veriləcək.

Qeyd edək ki, bu yaxınlara qədər “Barselona”nın Luis Enrike ilə müqavilənin müddətini uzatmaq istədiyi bildirilirdi. Amma komandanın Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:4 hesablı məğlubiyyət, eləcə də La Liqada lider “Real”dan geri qalması səbəbindən klub rəhbərliyinin fikrini dəyişdiyi iddia edilir.

Luis Enrikenin klublar müqaviləsi 2017-ci ilin yayında başa çatır.

Bundan başqa, qeyd edilir ki, futbolçular Luis Enrikenin oyun taktikasından və əvəzetmələrindən narazıdır. Futbolçular inanırlar ki, Luis Enrike müqaviləsi başa çatan kimi “Barselona”nı tərk edəcək. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi