Di Mariya və Neymardan 4:0 açıqlaması - "1/4 finala çıxmaq..."

Di Mariya və Neymardan 4:0 açıqlaması - "1/4 finala çıxmaq..."
DÜNYA FUTBOLU 15 Fevral 2017 / 15:00 7029
-  A +

PSJ-nin oyunçusu Anxel di Mariya və “Barselona”nın hücumçusu Neymar dünən bu komandalar arasında keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı barədə fikirlərini bildiriblər.

Qol.az-ın yaydığı xəbərə görə, PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra hər iki futbolçu jurnalistlərə açıqlama verib.

Anxel di Mariya: “Bu, xüsusi gün idi.  Öz ad günündə bundan daha gözəl oyun gözləmək olmaz (di Mariya bu matçda 2 qol vurub – red.). Biz oyuna 90 dəqiqə nəzarət etməklə qələbəni tamamilə haqq etdik. Messi, Suares və Neymarı saxlamaq çətin olsa da, bu işin öhdəsindən gəldik.

Məqsədimiz Çempionlar Liqasında birinci olmaqdır. Dünyanın ən güclü klublarından biri ilə çətin görüşdə özümüzü yaxşı tərəfdən göstərdik. Cavab oyununda daha çox iş görməliyik. “Barselona” ilk dəqiqədən hücum edəcək. Amma biz ilk matçdakı kimi oynamalıyıq. O zaman yarımfinala çıxa biləcəyik”.

Neymar: “Bu, “Barselona”nın üslubuna yad olan bir oyun və adımıza yaraşmayan məğlubiyyət idi. Belə yenilgini qəbul etmək olmur. Amma PSJ qələbəyə layiq idi. Onlar əla oynadılar, qapımıza yaxınlaşıb yaxşı qollar vurdular. İndi biz növbəti görüş haqda fikirləşməliyik. Baxaq, 1/4 finala çıxmaq olacaqmı? Bu, çox çətin, hətta mümkünsüz görünür. Amma növbəti mərhələyə çıxacağımızı istisna etmək olmur”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi