"Mançester Yunayted" İbrahimoviçi buraxmır

"Mançester Yunayted" İbrahimoviçi buraxmır
XƏBƏR 18 Yanvar 2017 / 12:42 3365
-  A +

"Mançester Yunayted" futbolçusu Zlatan İbrahimoviçlə müqavilənin müddətini artırmağa hazırlaşır.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, yaxın vaxtlarda isveçli hücumçuya 2 illik yeni müqavilə təklif ediləcək.

Məşqçi heyəti Z.İbrahimoviçin oyunundan razıdır və onun komandadan ayrılmağını istəmir.

Qeyd edək ki, Z.İbrahimoviçin "MY" ilə hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır.  O, cari mövsüm 29 oyunda 19 qol vurub, 4 qolun ötürməsini verib.

Xatırladaq ki, bundan əvvəl Z.İbrahimoviçin ABŞ klublarından birinə keçəcəyi iddia edilirdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi