Aleksandr Soliç: “Adımız və imicimiz üçün oynayacağıq”

Aleksandr Soliç: “Adımız və imicimiz üçün oynayacağıq”
XƏBƏR 15 Fevral 2010 / 15:11 1828
-  A +

"Premyer Liqada 8 oyundur ki, məğlub olmuruq. Bu uğurlu seriyanı davam etdirmək niyyətindəyik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın üzvü Aleksandr Soliç “Karvan”la oyun haqda danışarkən klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.
Xorvatiyalı futbolçu Yevlaxda yalnız qələbə üçün oynayacaqlarının bildirib: “ Yevlaxda yalnız qələbə üçün oynayacağıq. Bəziləri belə düşünə bilər ki, artıq "altılıq"da yerini təmin edən "Bakı" bu oyuna motivasiyasız çıxacaq. Ancaq bu belə deyil. Ən azı adımız və komandanın imici naminə var gücümüzlə oynayacağıq. "Karvan" çətin rəqibdir, amma biz öz oyunumuzu nümayiş etdirib, növbəti qələbəmizi qazanmaq istəyirik”. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi