Ketsbaya “İnter”in qapıçısını ”Spartak”ın qolkiperindən üstün tutdu

Ketsbaya “İnter”in qapıçısını ”Spartak”ın qolkiperindən üstün tutdu
XƏBƏR 13 Fevral 2010 / 12:46 2251
-  A +

Gürcüstan milli komandasının baş məşqçisi Timur Ketsbaya Estoniyaya qarşı keçirləcək yoxlama oyunu üçün millinin heyətini açıqlayıb. Qol.Az-ın UEFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Ketsbayanın dəvət göndərdiyi qapıçılar arasında Bakının “İnter” klubunun qapıçısı Georgi Lomaya da var. Maraqlıdır ki, 3 qapıçıya dəvət göndərən Ketsbaya Moksva “Spartak”ının qolkiperi Janı Anonidzeni milliyə çağırmayıb. Gürcüstan millisinə dəvət alan futbolçuların siyahısı aşağıdakı kimidir:
Qapıçılar: Georgi Lomaya (“İnter”, Bakı), Nukri Revişvili (“Anji”, Rusiya), Georgi Loriya (“Dinamo”, Tbilisi)
Müdafiəçilər: Laşa Salukvadze (“Rubin”, Rusiya), Malxaz Asatiani (“Lokomotiv”, Moskva), Kaxa Kaladze (“Milan”, İtaliya), Zurab Xizanaşvili (“Redinq”, İngiltərə), Quram Kaşiya (“Dinamo”, Tbilisi), Georgi Şaşiaşvili (“Ertqotelis”), Aleksandr Amisulaşvili (“Sapratak”, Nalçik Rusiya)
Yarımmüdafiəçilər: İliya Kandelaki (“Şturm”, Avstriya), David Kvirkveliya (“Rubin”, Rusiya), Jaba Kankava (“Dnepr”), Levan Kobiaşvili (“Herta”, Almaniya), Qoqita Qoqua (“Sapratak”, Nalçik Rusiya), Zurab Menteşaşvili (“Hapoel”, Tel-Aviv, İsrail) Aleksandr İaşvili (“Karlsrue”, Almaniya)
Hücumçular: Georgi Merebaşvili (“Voyvodino”, Serbiya), David Siradze (“Sapratak”, Nalçik Rusiya), Otar Martsvaladze (“Volqa”, Nijni Novqorod), Valdimir Dvalişvili (“Makkabi Hayfa”, İsrail)

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi