"Qazaxıstanla oyun çətin olacaq. Buna görə də sabahkı oyuna ciddi hazırlaşmışıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Qazaxıstanla oyunöncəsi keçirilən mətbuat konfransında Berti Foqtsun köməkçisi Olaf Yansen deyib.
Yansen daha sonra heyətdə itkilərin olmasınan gileylənib: "Təəssüf ki, heyətdə ciddi itkilərimiz var. Elnur Allahverdiyev və Aleksandr Çertaqanov sarı kart limitini doldurduğu üçün sabahkı oyunu buraxmalı olacaq.
Aqil Nəbiyevin isə zədəsi ciddidir. Vaqif Cavadovun zəif çıxışına gəldikdə isə biz futbolçular arasında fərq qoymaq istəmirik. İnanırıq ki, Qazaxıstanla oyunda kimliyindən asılı olmayaraq, bütün futbolçular meydana çıxıb sonadək mübarizə aparacaqlar.
Səfərdə Qazaxıstana 1:2 hesabı ilə məğlub olmuşduq. Təbii ki, belə olmasını istəməzdik. Sabah isə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Doğma azarkeşlər önündə yalnız qələbəyə oynayacağıq.
Qazaxıstanın heyətində bir neçə təhlükəli futbolçu var. Səfərdə qapımıza iki qol vuran Sergey Qridini diqqət mərkəzində saxlamalıyıq. Sabah Qridini iki futbolçu tutacaq. İnanıram ki, müdafiəçilər onu zərərsizləşdirə biləcək".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər