Sarri müqaviləni ləğv etməyə razılaşdı

Sarri müqaviləni ləğv etməyə razılaşdı
XƏBƏR 29 Oktyabr 2020 / 17:35 3147
-  A +

“Yuventus”dan 3 ay öncə ayrılan Maurisyo Sarri Turin klubu ilə davam edən müqaviləsinə xitam verməyə razılaşıb.

Qol.az İtaliya mətbuatına xəbər verir ki, klub sözləşməni ləğv etməyə görə 61 yaşlı mütəxəssisə 20 milyon avro ödəyəcək. Onun “Yuventus”la hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilədək hesablanır.

Çalışdırıcı komandadan Çempionlar Liqasının 1/8 finalında “Lion”a uduzmasına görə qovulmuşdu.

Qeyd edək ki, Sarri “Yuventus”dan ayrıldıqdan sonra baş məşqçi vəzifəsinə Andrea Pirlo təyin edilib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi