Yeni transferlər "Qarabağ"a qarşı oynamaya bilər

Yeni transferlər "Qarabağ"a qarşı oynamaya bilər
XƏBƏR 22 Oktyabr 2020 / 13:28 1495
-  A +

"Makkabi"nin yeni  transferləri - Luis Ernandes və Aleksandar Peşiç Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda bu gecə keçiriləcək "Qarabağ"la matçda böyük ehtimalla meydanda olmayacaq.

Qol.az İsrail mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Giorqos Donis yeni transferlərə bu gün şans verməyi düşünmür. Bildirilib ki, futbolçular koronavirus səbəbində uzun müddətdir futbol oynamadıqları üçün uyğunlaşma prosesini geridə qoymayıblar. Buna görə də baş məşqçi onları Ağdam təmsilçisi ilə görüşdə oynatmağı planlaşdırmır.

Qeyd edək ki, “Blumfild” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər