Sane 2 həftə oynamayacaq

Sane 2 həftə oynamayacaq
XƏBƏR 29 Sentyabr 2020 / 20:35 1143
-  A +

“Bavariya”nın futbolçusu Leroy Sane 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu haqda baş məşqçi Hans-Dieter Flik açıqlama verib. O, 24 yaşlı müdafiəçinin diz bağlarında zədə aşkarlandığını bildirib.

Buna görə də oyunçu 2 həftə Münhen təmsilçisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, L.Sane bu il “Mançester Siti”dən “Bavariya”ya keçib.

Daha çox


Son xəbərlər