“Milan” 12 ildir belə uğurlu oynamırdı

“Milan” 12 ildir belə uğurlu oynamırdı
XƏBƏR 25 Sentyabr 2020 / 11:35 4002
-  A +

“Milan” uğurlu çıxışlarını davam etdirir.

Qol.az xəbər verir ki, komanda dünən Avropa Liqasının üçüncü təsnifat mərhələsində Norveçin “Bude Qlimt” komandasına öz meydanında qalib gələrək (3:2) pley-offa vəsiqə qazanıb.

“Opta” statistik səhifəsinin yazdığına görə, bununla  Stefano Piolinin rəhbərliyi altında “qırmızı-qaralar” məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb (12-si qələbə olmaqla). Sonuncu dəfə “Milan” belə uğura 2008-ci ildə Karlo Ançelottinin rəhbərliyi altında nail olub.

Qeyd edək ki, italiyalılar Avroliqanın pley-offunda “Riu Ave” ilə qarşılaşacaq. Oyun oktyabrın 1-i Portuqaliyada keçiriləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi