Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
Futbol tariximizdə onlar hər ikisi böyük bir iz qoyub: Tofiq Bəhramov və Eldar Əzimzədə. Bu yazımızı bu iki şəxsə həsr etmişik. Adlarını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırmış hakimlərimizə...
Tofiq Bəhramov 1925-ci ilin 29 fevralında Ağcabədi rayonunda anadan olub. Maraqlıdır ki, Bəhramov hakim olmağı heç vaxt ağlından keçirməyib. Onun ən böyük arzusu futbolçu olmaq idi. Elə 1940-cı ildə Bakının “Spartak” komandasına da bu istəklə gəlir. Burada özünü yaxşı tərəfdən göstərdiyi üçün o dövr ölkənin ən güclü komandası olan “Neftyanik”ə dəvət olunur. Lakin burada ayağından aldığı zədə ona futbolçu kimi uğurlu karyera qurmağa imkan vermir. Bəlkə də bunun özü də taleyin qisməti olub. Çünki o zədə olmasaydı, Bəhramov bu gün dünyada bu qədər məşhur olmazdı. Həmin zədədən sonra futbol oynaya bilməyəcəyini anlayan Bəhramov futbol hakimi olmağa qərar veri. Bu arada maraqlı bir faktı da diqqətinizə çatdıraq ki, futbol oynadığı vaxt özü heç vaxt hakimlərlə yola getməyib və onları sevməyib. Onu yaxından tanıyanlarla söhbət zamanı məlum oldu ki, “Neftyanik”də oynadığı dövrdə komandada hakimlərlə ən çox mübahisə edən elə Bəhramov olub.
15 il heç kimə qırmızı vərəqə göstərməyib
Beləliklə, 1951-ci ildən etibarən Bəhramov SSRİ çempionatının oyunlarında hakimlik etməyə başlayır. Onu qısa zamanda bu peşədə məşhurlaşdıran və qabağa aparan xarakteri olub. T.Bəhramov qətiyyətli hakim idi. Təsadüfi deyil ki, bütün dünya da onu məhz 1966-cı ildə, dünya çempionatının finalında, məşhur İngiltərə - Almaniya oyunundakı qətiyyətli qərarı ilə tanıyır. Deyilənə görə, onu aldatmaq mümkün deyildi. Simulyasiyaya meylli futbolçular o vaxt da var idi. Hansı ki oyun vaxtı özlərini yerə atıb cərimə, penalti qazanmaq məqsədi güdürdülər. Lakin Bəhramovu belə şeylərlə aldatmaq olmurdu. Çünki o, hər şeyi gözəl görür və bilirdi. Sadəcə, yerə yıxılan futbolçuya yaxınlaşıb yavaşca “qalx ayağa, yerdə çox uzanma, soyuq dəyər” deyərmiş. O da maraqlıdır ki, qətiyyətli hakim olmasına baxmayaraq, hakimlik dövrünün ilk 15 ilində heç kimə qırmızı vərəqə göstərməmişdi. Əslində bunun özü də bir tərəfdən hakimin səviyyəsini göstərir ki, sərt oyuna üstünlük verməsinə rəğmən oyunun ipini əlindən buraxmır, epizodun qırmızı vərəqə həddinə çatmasına imkan vermirdi.
“Real” – “Mançester Yunayted” görüşünün baş hakimi
Bəhramov 1964-cü ildən etibarən beynəlxalq oyunlara da təyinat almağa başladı. Məsələn o, o vaxtkı Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) "Real" (Madrid) - "Mançester Yunayted" matçının baş hakimi olub. Həmyerlimiz məşhur rus hakimi Nikolay Latışevdən sonra isə dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, avrokubokun final oyununu idarə edən birinci sovet hakimi olub. O, eyni zamanda avrokubokların finalında hakimlik etmiş ilk sovet hakimi kimi də tarixə düşüb. Bəhramov həmçinin 1972-ci ildə Qitələrarası kubokun “Ayaks” – “İntependiyente” matçının da baş hakimi olub.
Tarixi qərar
Şübhəsiz ki, 1966-cı il İngiltərədə keçirilən futbol üzrə dünya çempionatı Bəhramovun şah əsəri oldu. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Yan xətt hakimi Tofiq Bəhramov bu oyundan sonra Böyük Britaniya kraliçası tərəfindən "Qızıl ilahə" mükafatına layiq görüldü. O dövrlər isə bu mükafatı yalnız baş hakimlərə verirdilər. Bu mənada Bəhramov laysman kimi “Qızıl fit” almış yeganə hakim kimi dünya futbol tarixinə düşüb. Bəhramov 1970-ci il dünya çempionatının Braziliya ilə Uruqvay arasında keçirilən yarımfinal matçında da baş hakim olub ki, bunu da çox adam bilmir.
Məşhur ingilis yazıçısı Artur Hopkraft "Futbol adamı" kitabını həmyerlimizə həsr edib. Həmin kitabda yer almış bu hissə isə qürurvericidir: “Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".
AFFA Hakimlər Komitəsinin ilk sədri
Hakimlikdən getdikdən sonra Bəhramov yenə idman sahəsində qalıb və müəllim kimi fəaliyyətini davam etdirib. Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda Hakimlər Komiəsinin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. O, 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri vəzifəsində işləyib. Eyni zamanda AFFA Hakimlər Komitəsinin də ilk sədri olub. Bəhramov 1993-cü ildə 68 yaşında vəfat edib. Hazırda Azərbaycanın ikinci böyük idman arenası sayılab Respublika stadionu onun adını daşıyır. 2004-cü il oktyabrın 14-də isə arenanın önündə onun abidəsinin açılış mərasimi keçirildi. Mərasimdə FİFA-nın o vaxtkı prezidenti Yozef Blatter, UEFA-nın o vaxtkı prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak etmişdi.
İndi isə Bəhramovun hakimlik karyerası ilə bağlı bəzi maraqlı məqamları sizin diqqətinizə çatdırırıq:
2010-cu ildə Tofiq Bəhramovun 85 illik yubileyi ərəfəsində İngiltərədə üzərində "Qara geyimdə olan əfsanəvi şəxsiyyəti unutmayacağıq" sözləri yazılan köynəklər satışa çıxarılıb.
London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəlciyi ucaldılıb.
Tofiq Bəhramov dünyanın 52 ölkəsinə səfər etsə də, Almaniyada heç vaxt olmayıb.
Şuşadan Olimpiadanın zirvəsinə
Azərbayvan hakimliyinin Tofiq Bəhramovdan sonra ikinci ən şanlı siması Eldar Əzimzadədir. Şuşalı balasıdı. 1934-cü il mayın 25-d Qarabağımızın dilbər guşəsi olan bu şəhərdə anadan olub. Lakin sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və İçərişəhərdə yaşamağa başlayıb. Futbola həvəsi də elə paytaxtda oyanıb. Taleyi Tofiq Bəhramovla oxşar olub. Belə ki, Eldar da heç vaxt ağlından keçirməzdi ki, nə vaxtsa futbol hakimi olar. Amma futbolu sevirdi. Bütün günü İçərişəhərin dar küçələrində top qovurdu. Özü də hücumda oynayırdı, qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirdi. Onun bu bacarığı idman ustası Naum Naumtsevin diqqətini çəkib. Həmin vaxt Naumtsev “Neftyanik”in aparıcı futbolçularından idi. Əzimzadəni də məhz o, bu komandaya dəvət edir. O, 18 yaşında artıq həm “Neftyanik”in, həm də Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvü idi. Lakin futbolçu kimi karyerası uzun sürmür. Adi bir təsadüf onun həyatını ömürlük olaraq hakimliyə bağlayır. 1957-ci ildə futbol üzrə Bakı birinciliyinin yeniyetmələrdən ibarət “Dinamo” və “Spartak” qarşılaşmalı idi. Oyunun startına az qalsa da, matçın baş hakimi hələ də gəlib çıxmamışdı. Futbol Federasiyasında işləyən Boris Zayonts isə çox narahat idi. Hakimin gəlib çıxmadığını görən Zayonts çarə olaraq gənc Eldar Əzimzadəni görür. Ona yaxınlaşaraq bu önəmli matçın hakimliyini etməsini istəyir. Əzimzadə öncə bu yükün altına girmək istəmir və tərəddüd edir. Lakin sonradan təklifi qəbul edir və baş hakim kimi oyuna çıxır. Bununla da o, həyatının ən böyük addımını atmış olur və onun hakimlik həyatı başlayır. İki ildən sonra Əzimzadə artıq respublika birinciliyinin oyunlarını idarə edirdi. 1957-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra isə hakimliklə paralel olaraq, həmin təhsil ocağında əmək fəaliyyətinə başlayır. Maraqlıdır ki, həmin vaxt Tofiq Bəhramov da həmin kafederada çalışırdı. Hadisələri qabaqlayaraq deyək ki, Eldar 12 il futbol kafedrasında çalışıb. 1979-cu ildə isə Bakı Bədən Tərbiyəsi Texnikumuna direktor müavini göndərilib. Ardınca isə müvafiq olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində futbol şöbəsinin, 1987-ci ildə Bakı Rabitə Texnikumunda bədən tərbiyəsi şöbəsinin müdiri vəzifələrində də çalışıb.
Eldar Əzimzadə 1961-ci ildə SSRİ Futbol Federasiyası Hakimlər Kollegiyası tərəfindən B.Zayonts, T.Bəhramov, Teymur Vəliyev, Yuri Qriqoryev, N.Məmmədzadə ilə birlikdə ölkə çempionatının oyunlarını idarə etməyə başlayır. Onun SSRİ çempionatındakı debüt matçı Qroznının “Terek” klubu ilə Latviyanın “Dauqava” klubları arasında keçirilən matç olub.
Güclülər dəstəsindəki debütü isə 1967-ci ilin 25 sentyabrında “Torpedo” M – “Zarya” (Ukrayna) komandaları arasında keçirilən matç olub. Debüt matçındaca oyunun hakim-inspektoru onun idarəçiliyini yüksək qiymətləndirmişdi. Həmin ilin sonunda isə həmyerlimizə “Ümumittifaq dərəcəli hakim” adını verdilər.
Tofiq Bəhramovdan sonra estafeti təhvil alan Əzimzadə onun yolunu layiqincə davam etdirir.
Əzimzadə üç dəfə - 1979, 1980 və 1982-ci illərdə SSRİ-nin ən yaxşı hakimi seçilib. Ümumilikdə isə SSRİ çempionatında 148 matç idarə edib. 1974-cü ildə o, SSRİ-də “10 ən güclü hakim” siyahısına daxil edilib. 1976-cı ilin fevralında isə ilk dəfə beynəlxalq matça təyinat alır.
İranda 12 ölkənin gənclərdən ibarət milli komandasının iştirakı ilə təşkil olunmuş beynəlxalq turnirdə həmyerlimiz önəmli görüşə hakimlik edib. 1978-ci il həmyerlimizin hakimlik karyerasında xüsusi yer tutub. Belə ki, FİFA-ya göndərilən SSRİ-nin 7 ən yaxşı hakiminin siyahısında onun adı yer alır. Bu da ona dünya və Avropa çempionatlarının seçmə matçlarına hakimlik etmək hüququ verirdi.
Həmin ili Əzimzadə Danimarka-Portuqaliya görüşünü idarə edib. Bu, onun beynəlxalq aləmdə milli komandalar səviyyəsində idarə etdiyi ilk rəsmi oyun olub.
Karyerasının ən böyük səhvi
1968-ci il mövsümündə Əzimzadəyə turun mərkəzi və prinsipial qarşılaşması olan “Dinamo” K – “Torpedo” M matçı tapşırılır. Əzimzadə “Məhəbbətim mənim - futbol” adlı kitabında həmin qarşılaşma haqqında belə bəhs edib: “Bu xəbəri eşidəndə qulaqlarıma inanmadım. Çünki bu, çox prinsipial oyun idi. 95 min tamaşaçı ilə bərabər stadiona Ukrayna KP MK-nın birinci katibi Şelest və onun komandası da təşrif buyurmuşdu.
Meydana çıxanda yenə də rəhmətlik anamın mənə bağışladığı kiçik “Quran” kitabını öpüb cibimə qoydum. Bu həyəcanlı dəqiqələrdə onun köməyinə ümidim böyük idi. Oyun çox gərgin keçirdi. 35-ci dəqiqədə Streltsov hesabı açdı. Birinci hissə “Torpedo”çuların xeyrinə qurtardı. Fasilədən sonra “Dinamo”çular nəinki bu topun əvəzini çıxdılar, hətta 88-ci dəqiqədə qələbə topunu da vurdular. Ertəsi gün “Sovetski sport” və digər mərkəzi qəzetlər məni bərk tənqid etdilər. Etiraf etməliyəm ki, bu, ədalətli tənqid idi. Çünki kiyevli İ.Sabo kobud oynayırdı. Hətta bir epizodda fit çalınandan sonra özünü çox intizamsız apardı. O, topu götürüb rəqibin üzünə vurdu. Bu hərəkətinə görə Sabo meydandan qovulmalı idi. Mən isə ona sarı vərəqə göstərməklə kifayətləndim”.
Onun bu səhvi heç də cəzasız qalmır. Belə ki, E.Əzimzadə qərara əsasən 6 aylıq cəza alır. Bu müddət ərzində o, hakimlikdən uzaqlaşdırılır. Cəza müddəti bitəndən sonra Əzimzadə yenidən SSRİ çempionatının birinci və güclülər dəstəsinin oyunlarını idarə etməyə başladı.
Eyni zamada yenidən beynlxalq oyunlara da təyinat almağa başladı. Məsələn o, UEFA kuboku uğrunda keçirilən ACA (Rumıniya)-“Srvena Zvezda”(Yuqoslaviya), “Qalatasaray”- “Aston Villa” matçlarını idarə edib.
1977-ci ildə SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb. Dördüncü dəfə ölkənin “10 ən yaxşı hakim”i siyahısında öz yerini alıb.
Karyerasının zirvəsi: Moskva Olimpiadası
1980-ci ildə Moskvada keçirilən yay olimpiya oyunları Eldar Əzimzadənin karyerasında çox mühüm yer tutur. Çünki həmin olimpiadanın futbol turnirinin finalını Əzimzadə idarə edir.
İspaniya-Əlcəzair görüşünü idarə edən həmyerlimiz finala iki gün qalmış o zaman FİFA-nın baş katibi olan Yozef Blatterlə mehmanxanada təsadüfən görüşür. Blatter onu həlledici oyuna baş hakim təyin olunması münasibətilə təbrik edəndə Eldar əvvəlcə buna inanmır. Bir qədər keçdikdən sonra təyinatın həqiqət olduğuna əmin olur. Final matçı 85 min azarkeşin iştirakı ilə “Lujniki”də baş tutur və həlledici oyunda Çexoslavakiya ilə Almaniya Demokratik Respublikası (ADR) üz-üzə gəlir.
Əzimzadə bu çətin tapşırığın öhdəsindənməharətlə gəlir. Matçın qurtarmasına yarım saat qalmış qarşılıqlı kobud oyuna görə hakim alman Ştaynbaxı və çex Bergeri meydandan qovur. 77-ci dəqiqədə matçın yeganə qolunu Çexoslovakiya komandası vurur və Olimpiya çempionu adın qazanırlar. Oyundan sonra jurnalistlərə açıqlama verən hər iki komandanın baş məşqçisi isə hakimliyin mükəmmək olduğunu bildirirlər.
Olimpiya oyunlarının iştirakçıları üçün verilən ziyafətdə FİFA prezidenti Joao Avelanj final görüşünü əla idarə etdiyi üçün Eldar Əzimzadəyə xüsusi medal və diplom təqdim edib. Oyunun komissarı Zaypert isə hər üç hakimə “Əla” qiymət verdiyini bildirib.
Olimpiya oyunları başa çatdıqdan sonra həmyerlimiz yüksək səviyyədə idarə etdiyi oyunlara görə mövsümün sonunda ikinci dəfə ölkənin “1 nömrəli futbol hakimi” seçilib.
Bu da vida
Əzimzadə 1983-cü Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinin futbol şöbəsinə rəis təyin olunur. Həmin vaxt onun 49 yaşı var idi. Məhz bu yaşda sonuncu dəfə güclülər dəstəsində “Torpedo” (Moskva)-“Jalgiris” (Vilnüs) oyununu idarə edir. Hakimliklə vida matçı isə birinci dəstə komandaları olan “Kolos” və “Kayrat” arasındakı görüş olur.
Beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə 2003-cü il, yanvarın 20-də vəfat edib.
Maraqlıdır:
1979-cu ildə UEFA kuboku çərçivəsində “Barselona”-“İpsviç” və “Torino”-“Ştutqart” görüşlərini yüksək səviyyədə idarə etdiyinə görə FİFA həmin ili E.Əzimzadəyə beynəlxalq dərəcəli hakim adını verib.
Həmin vaxtlarda həmyerlimiz ürəyində ağrılar hiss edir. Lakin bunu hamıdan gizlis axlayır və ağrıları ola-ola oyunlara çıxıb yüksək səviyyədə idarə edir. Lakin ailəsinin təkidi ilə həkim müayinəsindən keçdikdən sonra bəlli olub ki, onun ürəyində ciddi problem var. Bu səbəbdən Əzimzadə iki-üç aylıq müalicə kursu keçməyə və hakimlikdən müvəqqəti uzaqlaşmağa məcbur olur. Müalicə kursu başa çatdıqdan sonra isə özünü yaxşı hiss edir və yenidən hakimliyə qayıdır.
Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də vəfat edib.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı