"Qarabağ" - "Dnepr" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Dnepr" matçının biletləri satışa çıxarılır
ÖLKƏ FUTBOLU 3 Noyabr 2014 / 00:43 6415
-  A +

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti 1-10 manat arası dəyişir.
 
Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq. 

Əlavə edək ki,  "Qarabağ" - "Dnepr" matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Klubun saytında yer alan xəbərdə yalnız holoqramlı biletlərin etibarlı sayılacağı bildirilib.

 

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner