“İnter”in hücumçusu Baçana Sxadadze klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, hesabat turunda “Qarabağ”la matçın sonunda bərabərlik qolunu vuran futbolçu bu və XXVIII turunun “Neftçi” ilə oyunu haqda danışıb:
- “Qarabağ”la qarşılaşma çətin və kifayət qədər maraqlı keçdi. Oyunla bağlı təəssüratlarınız necədir?
- Oyun çox yaxşı alındı. Məhz belə matçlar da çempionatı bəzəyir. Düşünürəm ki, hər 2 komanda Azərbaycanı avrokuboklarda təmsil etməyə layiqli oyun nümayiş etdirdi. Etiraf edim ki, “Qarabağ”ın oyunu məndə rəğbət doğurur. Bu komandaya qarşı oynamaq həmişə maraqlıdır. Təəssüf ki, biz acınacaqlı qol buraxdıq, ancaq yaxşı ki, cavab qol vurmaq bizə müyəssər oldu.
- Matçadək səhhətinizlə bağlı problem vardı. Yüksək temperatura görə bir neçə məşqi buraxmalı olmuşdunuz...
- Səmimi deyim ki, buna görə mən komandayla 6 gün ərzində məşq etmədim. Oyuna 1 gün qalmış uşaqlarla birlikdə cəmi 1 məşq keçirdim. İdeyaya görə, mən “Qarabağ”la qarşılaşmada meydana çıxmamalıydım, lakin son anda adımın iştirak vərəsinə salınması qərara alındı. Mənə göstərilən etimada görə məşqçilər heyətinə təşəkkür etmək istəyirəm. Bundan sonra da etimadı doğrultmağa çalışacağam.
- “İnter” ardıcıl 3 məğlubiyyətdən sonra “Qarabağ”la oyunda bu xoşagəlməz seriyanı qırdı. Necə düşünürsünüz, bu qarşılaşmanın komandanın o qədər də yaxşı olmayan psixoloji vəziyyətdən çıxmasına və yenidən öz gücünə inamının artmasına kömək edəcəkmi?
- Fikrimcə, “Qarabağ”la matçadək biz bu vəziyyətdən çıxmışdıq. Komanda ötən oyunlarda məğlub olmuşdu, amma indi biz yenidən öz gücümüzə inandıq və bu vəziyyət də oynumuzda mütləq müsbət əks olunmalıdır.
- “Neftçi” ilə qarşıdakı matç barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, “Neftçi” - “İnter” matçının afişası artıq çox şeydən xəbər verir. Bu, hər 2 komanda üçün çox vacib oyun olacaq.
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video