"Milan" - "Barselona" oyunundan sonra Mahir Rüstəmliylə oyun haqda söhbətim oldu. Üzərimdə böyük əməyi olan qəzetin baş redaktoruna cavab oyununda hakimliyin matça damğa vuracağını ümumiyyətlə, ssenarini danışmışdım. Hətta ilk mümkün epizoddaca referininin "Milan"ın qapısına penalti təyin edəcəyini vurğulamışdım (!). Mahir bəyə baş verəcəkləri əsaslandırdığımda fikirlərimi yazı vasitəsiylə çatdıra biləcəyimi dedi. Təəssüf ki, uzun fasilədən sonra məhz belə bir mövzuyla doğma qəzetə "dönüşüm" oldu.
Öncə onu qeyd edim ki, hamı kimi, mənim də "Barselona"nın dünyanın ən güclüsü olmasına şübhəm yoxdu. Amma bu o demək deyil ki, hər kəs mübarizəsiz katalonların ayağının altına sərilməli və "tapdalanması"na göz yummalıdır.
Çox maraqlıdı ki, futbola ilk ciddi marağım 1994-cü ildən, Çempionlar Liqasının finalındakı "Milan" - "Barselona" (!) görüşüylə başlayıb. 18 il bundan öncə Kroyfun başçılıq etdiyi Romariolu, Stoickovlu, Kumanlı "Barselona" favarit olsa da Kapellonun başçılıq etdiyi italyanlar Afinada baş tutan həlledici matçda "Barsa"ya toy tutmuşdular (4:0).
O vaxtdan futbolun romantikası məni öz ağuşuna aldı. Mənim futbol sevdam vurulmuş estetik qollar deyil daha çox məşqçi dühası, onun meydanda tətbiqi və daha çox futbolu riyaziləşdirən yönləri idi.
Təbii ki, 10 yaşındakı futbola olan ibtidai sevgim illər keçdikcə öz doqmatizmini daha real simaya buraxdı. Mən heç vaxt qumar həvəskarlarının təbiriylə desək hər şeyə "alqı-satqı" tərziylə yanaşmamışam. Təbii ki, öz çərçivəsində maraqların təmin olunması qaçılmazdır. İstənilən halda bu gün futbol azarkeşlərin mənəvi həzzindən daha çox ciddi biznes rıçağıdır...
...İndi maraqlı bir polemika yaranıb. "Barsa" tərəfdarları hakimin penalti qərarlarının haqlı olduğunu, onsuz da Qvardiolanın yetirmələrinin qələbə qazanacağını deyirlər. Yuxarıda qeyd etdiyim kimi, əgər bu məsələyə güclü-zəif prizmasından yanaşsaq, o zaman meydana çıxmağın nə anlamı var? Qardaşım, hətta İspaniya ilə Turks və Kaykos adaları yığmaları qarşılaşanda belə sonuncuların ürəyində (oxu arzusunda) qələbə həsrəti parıldayır.
Əlbəttə, oyun planında "Barsa" "Milan"dan güclü görsənirdi. Amma məcburolunmuş gediş idi. Hər 2 oyunda "Milan"ın daha çox müdafiəmeyilli olacağı gözlənilsə də, Alleqri sadəcə 1 dayaq yarımmüdafiəçiyə güvənmişdi. "Barsa"nın top saxlama qabiliyyətini, praktiki olaraq bunun da qarşısını almağın mümkünsüzlüyünü bilən italyanlar meydanın mərkəzini rəqibə vermişdi. Əvəzində İbrahimoviç, Boatenq, Robinyonu öndə saxlayan milanlılar sürətli hücumlarla rəqibi cəzalandırmalıydı. Bu anlayışı reallaşdırmaq üçün imkanlar olsa da, ilk oyunda İbra və Robinyo işin öhdəsindən gələ bilməmişdi. Alleqri "Real"ın çalışdırıcısı Mourinyonun katalonlarla oyunda buraxdığı səhvləri təkrarladı. Əslində, həm madridlilər, həm də italyanlar "Real"ın ötən mövsüm 5:0-lıq oyun sistemiylə mübarizə aparmalıydı. Düzdü, bəlkə hesabın reallığı indi bu fikrimdən sonra gülümsəmənizə səbəb oldu. Amma həmin oyun "aseçka" idi. Total anlayışla hücum və müdafiə düşənən taktikanı fizika qanunlarıyla yəni öz silahıyla vurmaq lazım idi. Amma həm Mour, Alleqri eyni zamanda Aleks Fergüssson həlledici məqamdan riskə getməkdən çəkindilər.
İndi belə məqamda "Barsa" "Milan"dan güclü idi tənliyini aksiomaya çevirməli olsaq, o zaman "Nou Kamp"a 100 000 azarkeş niyə yığışırdı? Deməli, istənilən halda meydanda tərəflərin haqqı bərəbar olmalıdı ki, güclü fərqini ortaya qoysun.
Maraqlıdı ki, XXI əsrdən başlayan "Barsa" epopeyasında uğurlar sadəcə bir istiqamətdə hərəkət etməyib. Kroyf katalonlara spesifik oyun fəlsəfəsi aşılayıbsa kimlərsə başarı üçün vacib olan digər amillər üzərində lazımınca işləyib. Necə? Elə isə deyim...
1. Aqressivlik. "Barselona" hakimə təzyiq göstərməyi çox güclü bacarırlar. İstənilən epizodda referiyə təzyiq edilməsini bəlkə azadlıq üçün hətta İspaniyaya nifrət edən katalonların etiraz reflektidir. Hər bir epizodda hakimə basqı yaratmağı yaxşı bacaran Qvardiolanın yetirmələri bunun bəhrəsindən laımınca yararlanırlar. "Milan" həmin oyunda hətta şübhəli ilk penalti zamanı inadkarcasına Antoniniyə qırmızı tələb edirdilər. Bu yolla "göy-qırmızı"lar adətən hakimlərdən maraqları üçün yararlana bilirlər.
2. 2006-2009-2012. Təsadüf? İnanmıram. 2006-cı ilin elə bu meydanda baş ÇL-in yarımfinal cavab görüşü. İlk oyunda Frank Raykardın yetirmələri "San Siro"da Jülunin qoluyla qələbə qazanırlar. Cavab görüşünüdə hər kəs "Nou Kamp"da "Barsa"nın "Milan"ı sürüyəcəyini düşünür. Amma əksinə italyanlar eyniadlı şəhərə boşuna gəlmədiyini göstərirlər. 115 000 azarkeşin izlədiyi oyunda Şevçenko təmiz qol vursa da, dünyaca ünlü Markus Merk qolu qeydə almır (1 il sonra referi karyerasını bitirir)
2009. Bu dəfə də yarımfinal amma "Çelsi"ylə. Daha yaxın tarixdə norveçli hakim Ovrebenin hoqqaları yəqin hələ də xatirələrdədir. Maraqlıdı ki, "Barsa"nın penaltilərini gözüyümülu versələr də, Ovrebe "Çelsi"nin 4 (!) penalti istəyini gözündə qoymuşdu. Maraqlıdı ki, 1 il sonra norveçli də karyerasını bitirir(!!).
2012. Əslində ilk oyunda qolsuzluq qeydə alınsa da, hər kəs daha fərqli bir oyun gözləyirdi. Elə cavab görüşü də ehtimalları tam doğrultmadı. Bunda "qara paltarlılar"ın heç də az rolu olmadı. Maraqlıdı ki, hər 2 oyundakı təyinatlar heç də oyunun "ranq"ına uyğunda deyildi. Hər halda nə Erikson, nə də dünənki Kuiper "nəhəng"lərdən sayılmır. Adı çəkilənlərin katalonların təzyiqi altında qaldığı göz qabağındadır. Təsəvvür edin ki, dünən "Milan"ın lehinə ilk hava mübarizə bir dəfə səsləndi. Onda da dəqiqələr 90+3 (!!!) idi. Sizcə, dünyanın ən güclü forvardlarından sayılan İbrahimoviçin 1 dəfə də uzunboyundan yararlana bilməməsi sadəcə "Barsa"nın qısaboy müdafiəçilərinin işidir?
3. Penalti. İndi qayıdaq, Mahir Rüstəmliylə olan söhbətmizə. Hər halda penalti təyinatında Nostradamusluq etmək niyyətim olmayıb. Hər şey ilk oyundan sonra bəlliydi. A) Oyunsonrası "Barsa"nın futbolçularının ancaq verilməyən penaltidən (!) danışması təzyiqin birinci dalğası idi. B) İlk mücadilədən sonra "Barselona"nın UEFA-ya meydandan şikayət etməsi də məhz həmin hoqqalara hesablanmışdı. Sizcə, şikayət nəyi dəyişəcəkdi ki? Ən azından nəticə bəlliydi. Demək, verilməyən penalti, meydan yararsızlığı "Nou Kamp"da özünü göstərməliydi. Nəticədə oyuna UEFA-nın hakimlər komitəsinin təlimatçısı Jaap Uilenbergin himayə etdiyi və heç də birmənalı reputasiyaya malik olmayan Byorns Kuiper oyuna təyinat alır.
4. El-Klassiko. Şübhəsiz, püşk atılan məqamdan finalda "Barselona" - "Real" görüşünün mümkünlüyündən danışır. İstənilən halda, UEFA belə görüşün baş tutmasında maraqlı olmalıdır. Hazırda ən çox diqqət cəlb edən qarşıdurma mayın 19-nda Münhendə baş tutacaq finalda gerçəkləşəcəksə, Avropanın ali futbol qurumunun qazancı gözlənildiyindən də çox olacaq. Üstəlik, primeroda "Real"dan 6 xal geridə qalan katalonların mövsümü boşa vermək qorxusu da bu ssenarini reallaşdı.
Əlbəttə, tarixdə nəticələr qalır. Şübhəsiz, ilk dəfə cəmi 20 il bundan öncə ÇL-in qalibi olmuş "Barselona" tarixinin ən yaxşı dövrünü yaşayır. Əlbəttə, qaliblər mühakimə olunmur. Amma ədalət(sizlik) gözü bağlı Femidannın gözlərində gizlənməyib... hər halda tarix unutdursa heç nəyi unutmur..
Nurlan İBRAHIMOV
P.S. Məncə, "Barsa" ÇL-i qazana bilməyəcək...
“Milan”dan “Flamenqo”ya
"Jirona" "Atletiko" ilə razılığa gəldi
"Səbail"dən yeni transfer - Rəsmi
"Arsenal" Gyökereşin transferini rəsmən açıqladı
Mahir Emreli “Roma”ya qarşı oynadı
"Yuventus"la "Roma" futbolçu mübadiləsi edə bilər
Ozobiçin Azərbaycanda yeni klubu - Rəsmi
“Şamaxı” “Kəpəz”ə 6 qol vurdu
"Fənərbaxça" PSJ ilə danışıqlar aparır
Levandovski: "Çempionlar Liqasını qazanmaq üçün..."
"Neftçi" qapıçı transferini reallaşdırdı - Rəsmi
"Mançester Yunayted" və "Bavariya" onu hədəflədilər
"Qalatasaray" Donnarumanı hədəflədi
Patrik Klüyvertin oğlu "Lion"da
"Karvan"dan yayın 9-cu transferi
"Neftçi"nin Yunanıstan klubu ilə oyununun vaxtı məlum oldu
Azərbaycanda oynamış məşhur futbolçu “Lester”də
“Qarabağ”ın Bakıdakı oyununa nə qədər bilet satılıb?
PSJ ukraynalı futbolçu ilə anlaşdı
"İnter Mayami" dünya çempionunu aldı
Laportadan transfer açıqlaması
Həm futbolçudur, həm də imtahanda 697 bal yığıb
Azərbaycanlı futbolçu Qırğızıstanda debüt etdi, qol vurdu
"Real" Vinisiusu satmaq istəyir
Osimhen transferində son durum
I Liqa klubu daha 3 futbolçusu ilə vidalaşdı
Çempion mövsümə xal itkisi ilə başladı
"Barselona"dan "Braqa"ya - Rəsmi
Saul Niqes yeni klubu ilə müqavilə bağladı
Kunde 2030-cu ilə qədər "Barselona"da
Səbayıl "Səbail"ə keçdi
"Kəpəz" futbolçusunu icarəyə göndərdi
"Mançester Siti" yeni qapıçı aldı
"Turan Tovuz"dan ayrılan futbolçunun yeni klubu bilindi