"Neftçi" Yunanıstan klubuna qarşı

"Neftçi" Yunanıstan klubuna qarşı
ÖLKƏ FUTBOLU 27 İyul 2025 / 10:25 1235
-  A +

"Neftçi" Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək.

QOL.az xəbər verir ki, "ağ-qaralar"  Yunanıstanın “Asteras”(Tripoli) klubu ilə qarşılaşacaq.

Kieltse şəhərindəki Pilkarski stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Samir Abasovun komandası Polşadakı təlim-məşq toplanışında "Hapoel Təl-Əviv" (1:1) və "Bruk-Bet Termalika" (Polşa) (2:2) ilə qarşılaşmışdı. Komanda son yoxlama görüşünü isə avqustun 1-də AEL-ə (Kipr) qarşı keçirəcək.


Son xəbərlər