"Kəpəz" 3 ildən sonra Gəncə stadionuna qayıdır - Anşlaq olacaq

"Kəpəz" 3 ildən sonra Gəncə stadionuna qayıdır - Anşlaq olacaq
PREMYER LİQA 30 Avqust 2026 / 11:20 657
-  A +

"Kəpəz" uzun fasilədən sonra öz meydanına qayıdır.

QOL.az xəbər verir ki, komanda bu gün Misli Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"u yenidən inşa olunan Gəncə şəhər stadionunda qəbul edəcək. Qərb derbisi saat 18:00-da başlayacaq.

Klubdan verilən məlumata görə, dünən axşam saatlarına qədər oyuna 9 min bilet satılıb. Oyun saatına qədər bu rəqəmin artacağı gözlənilir.

Yenidən inşa olunan Gəncə şəhər stadionunu 15 min 464 yerlikdir.

Qeyd edək ki, "Kəpəz" stadionun inşası ilə əlaqdəar 3 ildir ev oyunlarını doğma meydanda keçirə bilmirdi. "Sarı-göylər" Gəncədə son dəfə 2023-cü il okyabrın 1-də "Qəbələ"yə qarşı oynayıb. "Kəpəz" bu müddətdə ev oyunlarını Qəbələ, Tovuz və Yevlaxda keçirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.08.26  01:45

PSJ yenə büdrədi

topaz banner