Byelsa Uruqvay millisindən gedir

Byelsa Uruqvay millisindən gedir
DÜNYA FUTBOLU 22 May 2026 / 14:02 455
-  A +

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-dan sonra komandadan ayrılacaq.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis bunu özü açıqlayıb.

Byelsa 2023-cü ildən Uruqvay yığmasını çalışdırır. Onun komandası mundialın H qrupunda İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı millisi ilə oynayacaq.

Qeyd edək ki, ​Byelsa məşqçilik karyerası ərzində Argentina millisi, İspaniyanın "Espanyol" və "Atletik", Fransanın "Lill" və "Marsel", İtaliyanın "Latsio", eləcə də İngiltərənin "Lids" klublarında çalışıb.


Son xəbərlər
topaz banner