AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi

AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
ÖLKƏ FUTBOLU 21 May 2026 / 21:39 117
-  A +

Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb. Bölgə təmsilçisinin apellyasiya müraciəti Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı olub.
 
Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib.

Daha çox


Son xəbərlər
topaz banner