AFFA-dan Rəfiyev və İliçə cəza

AFFA-dan Rəfiyev və İliçə cəza
ÖLKƏ FUTBOLU 6 May 2026 / 15:46 1697
-  A +

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərarlar komitənin bugünkü iclasından sonra açıqlanıb.

Misli Premyer Liqasında 30-cu turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub  5000 manat cərimə edillib

Oyun bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edilib.


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner