"Zirə"nin legioneri millidəki debüt oyununda gözəl qol vurdu - Video

"Zirə"nin legioneri millidəki debüt oyununda gözəl qol vurdu - Video
VİDEO 29 Mart 2026 / 11:51 1042
-  A +

“Zirə”nin futbolçusu Leroy-Jak Mikels Ruanda yığmasında debüt edib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Qrenada ilə oyunda meydanda olub və 45+2-ci dəqiqəsində komandasının ilk qolunu vurub.

"Zirə"nin digər üzvü Anje Mutsinzi də Ruandanın heyətində növbəti matçına çıxıb. Leroy Mikelsin "Sabah"da oynayan qardaşı Coy-Lens Mikels də matçın iştirakçısı olub. Azərbaycanda oynayan hər üç futbolçu meydana start heyətdə çıxıb. Oyunda Ruandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Daha çox


Son xəbərlər
topaz banner