"Atletiko"dan "Arsenal"a keçə bilər

"Atletiko"dan "Arsenal"a keçə bilər
DÜNYA FUTBOLU 24 Mart 2026 / 18:19 531
-  A +

"Arsenal" Madrid "Atletiko"sunun 26 yaşlı argentinalı hücumçusu Xulian Alvares üçün hərəkətə keçib.

QOL.az xəbər verir ki, "Teamtalk" nəşrinin yaydığı məlumata görə, tərəflər arasında qarşılıqlı anlaşma əldə olunub. 

"Barselona" və "Çelsi"nin də maraq dairəsində olmasına baxmayaraq "topçular"ın çevik tərpənməsi danışıqların uğurla nəticələnməsinə şərait yaradıb. Sövdələşmənin müsbət yekunlaşmasında əsas amillərdən biri London klubunun həm "Atletiko"nun, həm də oyunçunun bütün tələblərini qarşılamağa hazır olmasıdır. Bu, həm maliyyə şərtlərinə, həm də "Çelsi" və "Barselona" üçün çətinlik yarada biləcək oyunçu qeydiyyatı məsələlərinə aiddir.

Qeyd edək ki, cari mövsümdə futbolçu "Atletiko"nun heyətində 44 matça çıxaraq 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun Madrid klubu ilə 2030-cu ilə qədər qüvvədədir.


Son xəbərlər
topaz banner