PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi

PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
DÜNYA FUTBOLU 28 Dekabr 2025 / 21:14 361
-  A +

PSJ futbolçuları "Globe Soccer Awards"da fərqlənməyi bacarıblar.

QOL.az xəbər verir ki, Dubayda keçirilən "Globe Soccer Awards" mərasimində 2025-ci il üzrə iki fərqli nominasiyada PSJ-nin futbolçuları mükafata layiq görülüblər.

Mərasimdə Paris təmsilçisinin hücumçusu Desire Due 2025-ci ilin ən yaxşı gənc futbolçusu seçilib. Fransalı forvard səsvermə nəticəsində rəqiblərini qabaqlayaraq mükafatın sahibi olub.

Digər nominasiyada isə PSJ-nin yarımmüdafiəçisi Vitinya 2025-ci ilin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb. Portuqaliyalı futbolçu səsvermədə Joao Neves, Cud Bellingem ("Real"), Koul Palmer ("Çelsi") və Pedrini ("Barselona") geridə qoyub.

Qeyd edək ki, cari mövsümdə PSJ-nin heyətində 10 oyuna çıxan Desire Due 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Gənc futbolçu 2025-ci ildə komandası ilə Fransa çempionluğu, ölkə Kuboku və Superkuboku, həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası Kuboku qazanıb.

Bundan başqa Vitinya isə ötən mövsüm Paris klubu ilə Çempionlar Liqasının, Fransa çempionatının, ölkə Kuboku və Superkubokunun qalibi olub, həmçinin UEFA Superkubokunu qazanıb və Klublararası Dünya Çempionatının finalına yüksəlib.


Son xəbərlər