"Araz-Naxçıvan" "Şamaxı"ya qarşı, "Qarabağ" "Qəbələ"yə qalib gəldi - Yenilənir

"Araz-Naxçıvan" "Şamaxı"ya qarşı, "Qarabağ" "Qəbələ"yə qalib gəldi - Yenilənir
PREMYER LİQA 21 Dekabr 2025 / 18:20 8789
-  A +

Misli Premyer Liqasında 16-cı turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan artıq biri başa çatıb.

Əvvəlcə "Qəbələ" "Qarabağ"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib. 

Günün digər matçında isə "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edir. Komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməyib - 1:1.

21 dekabr (bazar)

Misli Premyer Liqası, 16-cı tur

17:30. “Araz-Naxçıvan” – “Şamaxı” - 0:0 (Fasilə)
Hakimlər:
Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”

15:00. “Qəbələ” – “Qarabağ” - 1:2

Qol: Prins Ovusu, 6 (1:0), Bədavi Hüseynov, 27 (1:1), Marko Yankoviç, 79 (1:2)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev 
Qəbələ şəhər stadionu

19 dekabr (cümə)

“Kəpəz” - “Turan Tovuz” - 0:2

20 dekabr (şənbə)

 “Karvan-Yevlax” - “Neftçi” - 1:2 

 “Zirə” – “İmişli” - 0:0

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah”

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...