"Neftçi" "Kəpəz"ə qarşı, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi - Yenilənir

"Neftçi" "Kəpəz"ə qarşı, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi - Yenilənir
PREMYER LİQA 1 Noyabr 2025 / 17:00 5540
-  A +

Misli Premyer Liqasında 10-cu tur davam edir. 

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

“Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edib. "Zirə" əvvəlcə hesabda geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanmağı bacarıb. 10 turdan sonra 5 xalı olan Yevlax klubu 11-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 19 xalla 2-cidir. 

Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkir. Hazırda “ağ-qaralar” 12 xalla turnir cədvəlində 8-ci yeri tutur. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanacağı halda “Neftçi” turnir cədvəlində iki pillə irəliləyəcək. “Kəpəz” isə 3 xalla sonuncudur. 

Misli Premyer Liqası 

10-cu tur

1 noyabr (şənbə)

17:00. “Neftçi” - “Kəpəz” - 0:0 (Birinci hissə)
Hakimlər:
Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”

14:00. “Karvan-Yevlax” - “Zirə” - 2:3 

Qollar: İ.Barker, 29 (1:0), B.Konate, 57 (1:1), K.Spensi, 62 (2:1), L.Mikels, 74 (2:2), A.Qomis, 87 (2:3)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

2 noyabr (bazar) 

16:00. “Turan Tovuz” - “Şamaxı”

18:30. “Sumqayıt” - “Araz-Naxçıvan” 

3 noyabr (bazar ertəsi) 

19:30. “Sabah” - “Qəbələ"

31 oktyabr (cümə)

“Qarabağ” - “İmişli” - 2:0

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Aleks Souza (“Turan Tovuz”) - 3 qol

Aleksandr Ramalinqom (“Sumqayıt”) - 3 qol

Velko Simiç (“Sabah”) - 3 qol

Alexandro Serrano (“Turan Tovuz”) - 3 qol

Dioqo Almeydan (“İmişli”) - 3 qol

Abdullah Zubir ("Qarabağ") - 3 qol

Daha çox


Son xəbərlər