Azərbaycanlı futbolçu Turan Manafov Cənubi Afrika Respublikasının “Stellenboş” klubunda çıxış edəcək.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, 2 nömrəli formanı geyinəcək.
Manafov klubun mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb: “Stellenboş”a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, T.Manafov Azərbaycanın U-21 millisinin sabiq üzvüdür. Onun son klubu "Kəpəz" olub.
"Liverpul" Salahın yerinə onu nəzərdən keçirir
UEFA Superkubokunun matçı bu stadionda keçiriləcək
"Mingəçevir" daha iki transferini gerçəkləşdirdi
"Atletik" onu qeydiyyatdan keçirə biləcək
"Qarabağ"dan ayrıldı, "Sabah"a qayıtdı - Rəsmi
1-ci liqada yeni mövsümün ilk oyunları keçirildi
"Səbail" növbəti transferini açıqladı
"Sumqayıt" onunla yollarını ayırdı
"Turan Tovuz"dan yeni transfer - Rəsmi
Millimiz Belçikaya qalib gəldi
Kenan Yıldız A seriyasının ən yaxşısı seçildi
Luis Enrike əməliyyat olundu
Marko Roys klub prezidenti oldu
“Ayın qolu” layihəsində mövsümün ilk qalibi oldu - Video
"Qarabağ"ın U-19 komandası üçün legioner transfer edilib
"Çelsi"nin futbolçusu 3 aylıq sıradan çıxdı
"Sabah" vinger transfer etdi
Azərbaycan millisinin alacağı mükafatın - Məbləği
Modriç: "Yaş sadəcə rəqəmdir"
Azərbaycan klubu Braziliyadan futbolçu gətirdi
Artıq ən mühüm xəbərlər telefonuna gələcək!