Elçin Məsiyev İngiltərinin oyununa təyinat aldı

Elçin Məsiyev İngiltərinin oyununa təyinat aldı
XƏBƏR 10 İyun 2025 / 13:35 1822
-  A +

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

QOL.az xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumu məlumat yayıb.

O, 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında Çexiya - İngiltərə matçının referisi olacaq. Məsiyevə yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

VAR alman Sören Storksa, AVAR isə italiyalı Daniele Çiffiyə həvalə olunub.

Qeyd edək ki, B qrupunun Çexiya - İngiltərə matçı iyunun 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
14.06.25  12:29

"Zirə"də 2 ayrılıq