Bu gün Misli Premyer Liqasında 35-ci tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. Qarşılaşmaların hamısı eyni vaxtda start götürüb. Bu da 3 və 4-cü yerlərin sahiblərinin müəyyənləşməsi ilə bağlıdır.
“Araz-Naxçıvan” səfərdə “Şamaxı”nın qonağı olub. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Naxçıvan klubu xal sayını 58-ə çatdıraraq üçüncü yeri və növbəti mövsümdə UEFA Konfrans Liqasında oynamağı təmin edib. "Şamaxı" isə 36 xalla 7-ci yerdədir.
“Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkib. Vaqif Cavadovun istefaya göndərilməsindən sonra bu matça “Sumqayıt”ı Vurğun Hüseynov çıxarıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Tovuzlular bu qələbədən sonra xal saylarını 52-ə çatdıraraq dördüncü yeri təmin edib. "Sumqayıt" 30 xalla 9-cu yerdə qərarlaşıb.
Digər matçda isə artıq gümüş medalı təmin edən “Zirə” “Sabah”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Beləliklə, "Zirə" xal sayını 71-ə çatdırıb. "Sabah" isə 45 xalla 5-ci yerdədir.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
17 may (şənbə)
17:00. "Sumqayıt" - "Turan Tovuz" - 0:1
Qol: Emmanuel Hakman, 30
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. "Zirə" - "Sabah" - 1:1
Qollar: Georgi Papunaşvili, 26 (1:0), Pavol Şafranko, 67 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
17:00. "Şamaxı" - "Araz-Naxçıvan" - 0:1
Qol: Felipe Santos, 44 (0:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu
18 may (bazar)
17:00. "Neftçi" - "Səbail"
19:00. "Qarabağ" - "Kəpəz"
Bombardirlər:
Leandro Andrade ("Qarabağ") - 14 qol
Salifu Suma ("Zirə") - 12 qol
Davit Volkov ("Zirə") - 11 qol
Cesse Sekidika ("Sabah") - 10 qol
Coy-Lens Mikels ("Sabah") - 9 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Nəriman Axundzadə ("Qarabağ") - 9 qol
Rafael Utziq ("Zirə") - 9 qol
"Santos"un Neymar qərarı
Ronaldo yeni klub alır
Qvardiola yenə narazıdır
Renat oynadı, komandası heç-heçə etdi
"20 ili bir klubda keçirmək asan deyil"
Yevlaxda 4 qol vuruldu - Video
Enrike Ançelottiyə Braziliya millisində uğur arzulamır
"Mingəçevir"in qələbəsindən - Video
"Real" gənc müdafiəçi ilə anlaşdı
"İmişli" və "Karvan"dan heç-heçə, "Mingəçevir" qalib gəldi
Millimizin ilkin heyəti açıqlandı
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın kapitanı karyerasını başa vurur
UFC-nin məşhur ulduzları Bakıya gəlir
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Messi yenidən millidə
Yamal: "Xavinin sayəsində çempion olduq"
Ançelotti 1-ci, Flik 2-ci
4-cü dəfə mövsümün ən yaxşısı seçildi
Messini qabaqlayıb "Barselona"nın tarixinə düşdü
"Sabah"ın U-10 komandası Kazanda finala yüksəldi
Fatih Terimlə müqavilə uzadılacaq?