Ukraynada yaşayan daha bir idmançı soydaşımız uğura imza atıb. Soydaşımız Rizvan Talıbov bu günlərdə keçirilən karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Ukraynanın Çernovtsı şəhərində anadan olan gənc həmyerlimiz əslən qarabağlıdır. Valideynlərindən atası Ağdamın Novruzlu kəndindən, anası isə Ağdam şəhərindəndir. AZƏRTAC agentliyi soydaşımızla görüşərək uğurları və gələcək hədəfləri barədə müsahibə götürüb.
- Necə oldu ki, sizdə karateyə həvəs yarandı?
- Təşəkkür edirəm ki, Ukraynada yaşayan soydaşlarımıza belə diqqət göstərirsiniz. Sözsüz ki, idmana, xüsusilə karateyə həvəsim uşaq ikən başladı. Bu da səbəbsiz deyil. Qanımda Azərbaycan qanı axırsa demək ki, idmana həvəsim də təsadüfi deyil. Azərbaycandan da kifayət qədər dünyaca məşhur karateçilər çıxıb.
- İdmançı karyeranda ən çox kimin dəstəyini hiss etmisən?
- Mənim idmançı olmağımda öncə valideynlərim dəstək olub. Qazandığım uğurlarda onların da əməyi böyükdür.
- Qazandığın uğurlar haqqında nə deyə bilərsiniz?
- 2020-ci ilə qədər Çernovtsı şəhərində məşq etmişəm. Son üç ili isə Kiyevdə intensiv məşqlər edirəm. Ukraynanın beynəlxalq dərəcəli idman ustasıyam. 2023-cü ildə karate üzrə Avropa çempionu olmuşam. 2017-2022-ci illərdə Ukrayna çempionu titulunu qazanmışam.
- İdmançı kimi əsas hədəfiniz nədir?
- Əsas hədəflərimdən biri Olimpiya medalı qazanmaqdır. Bu hədəfimə çatmaq üçün yorulmadan məşqlərimə davam edirəm. İnanıram ki, məqsədimə çatacağam. Bunun üçün enerjim və istəyim böyükdür.
- Əslən qarabağlısan, özü də Ağdamdan. İndi Ağdam da daxil olmaqla, Azərbaycanın bir çox rayon və şəhərləri işğaldan azad edilib və həmin ərazilər yenidən qurulur. Bunları görmək necə hissdir?
- Əlbəttə, baş verənlər qürurvericidir. Xüsusilə, xaricdə yaşayan azərbaycanlılar üçün. İndi biz özümüzü daha xoşbəxt və bəxtəvər hiss edirik. Mən bütün yarışlarda tək Ukraynanı yox, həm də daxilən Azərbaycanı təmsil etmişəm. İmkan olan kimi dilbər Ağdama gedib, oranın gözəlliklərini görmək istəyirəm. Ümid edirəm ki, doğma yurduma getmək qismət olar. Azərbaycan mənim ana Vətənimdir və bu hər zaman belə də qalacaq. Ukraynanı da ikinci Vətənim kimi görürəm. Bu ölkəni çox sevirəm. Şanslı idmançıyam ki, mənə beynəlxalq turnirlərdə Azərbaycan və Ukraynadan olan insanlar azarkeşlik edir. Bütün yarışlarda Azərbaycan xalqının da dəstəyini hiss edirəm. Bu, mənə əlavə güc verir. Bütün bunlar mənim üçün çox dəyərli və xoşdur.
"Bayer"in futbolçusu "Liverpul"la anlaşdı
"Turan Tovuz" "Sumqayıt"a belə qalib gəldi - Video
Zirədə 2 qol vuruldu - Video
"Neftçi" sabahkı matça 5 itki ilə çıxacaq
"Araz-Naxçıvan"ın qələbəsindən - Video
Vurğun Hüseynov: "Özümü məşqçi hesab etmirəm"
"Bunları rəhbərliklə müzakirə etməliyik" - Elmar Baxşıyev
Ayxan Abbasov: “Əgər "Şamaxı"da qalsam…”
Rəşad Sadıqov “Sabah”la oyundan danışdı
Benzia Tunis çempionu ilə danışıqlar aparır
Berezutski oyundan razı, nəticədən narazıdır
“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını təmin etdi
Qvardiola: "İngiltərə kuboku əhəmiyyətli deyil"
"Liverpul"da yeni müqavilə - Rəsmi
"Santos"un Neymar qərarı
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər
"Zirə" - "Sabah": Heyətlər
Sumqayıtda heyətlər açıqlandı
Ronaldo yeni klub alır
"Real"dan yeni transfer - Rəsmi
Güləşçilərimizdən gümüş və bürünc medallar
"Bavariya"nın təklifini rədd etdi
"Real"ın əsas transfer hədəfi bilindi
"Betis" onu birdəfəlik almaq istəyir
“Sabah”ın büdcəsi açıqlandı
Qvardiola yenə narazıdır
Rusiya klubunun məşqçisi barədə cinayət işi açıldı
Misli Premyer Liqada daha bir klubun büdcəsi müəyyənləşdi
“Difai” - “Cəbrayıl” matçında qarşılıqlı qollar - Video
“Aston Villa” və “Çelsi” qələbə qazandı
Ronaldonun yoxluğunda “Əl Nəsr” büdrədi
“Barselona” gələn həftə Fliklə müqaviləni uzadacaq
Renat oynadı, komandası heç-heçə etdi
"20 ili bir klubda keçirmək asan deyil"
Yevlaxda 4 qol vuruldu - Video
Enrike Ançelottiyə Braziliya millisində uğur arzulamır
"Mingəçevir"in qələbəsindən - Video
"Real" gənc müdafiəçi ilə anlaşdı
"İmişli" və "Karvan"dan heç-heçə, "Mingəçevir" qalib gəldi
Millimizin ilkin heyəti açıqlandı
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın kapitanı karyerasını başa vurur
UFC-nin məşhur ulduzları Bakıya gəlir