"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalının "Reyncers"lə cavab matçından sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis penaltilərlə uduzduqları matçda hakim idarəçiliyindən narazı qaldığını bildirib:
"Bu gün 3 penaltisi verilməyən komanda biz idik. Hər şey çox qəribədir. Çempionlar Liqasında olmamağımız da təəccüblüdür. "Lill"lə matçda verilməyən penaltilər... Xahiş edirəm, bu görüşdə də məni ədalətli oyunda ittiham etməyin. Mən buna layiq olduğumuzu düşünmürəm. Hətta "Reyncers" azarkeşləri də mənimlə razılaşacaqlar. Bu gecə ən yaxşı komanda biz idik".
Mourinyo ümumilikdə hakimlərin onlara qarşı qərəzli olmasına işarə edib: "Ümid edirəm ki, ağlıma gələni ifadə etmirəm. Mən cəzalandırılmaq istəmirəm. Ümid edirəm ki, bu mövsüm Avropada baş verənlər sadəcə bəxt məsələsidir. İnanmaq istəyirəm ki, bugünkü qərarlar Budapeştdəki finalın (2022-2023 mövsümünün "Sevilya" - "Roma" finalı (penaltilər - 4:1) - red.) davamı deyil".
O, fikirlərinə belə davam edib: "Yenidən qələbələr qazanmağımız mümkün olacaq. Futbolçuların və mənim bir xəyalımız var idi. Bu gün xəyallarımızı itirdik. Vidalaşacaqdıqsa, bu formada vidalaşmaq ən gözəlidir. Biz digər komandalardan fərqli olaraq o qüruru hiss etmədən Avropadan kənarlaşdırılmadıq. Penaltilərdə qalib gəlsək, bu qədər qürur duya bilməzdim”.
Xatırladaq ki, "Fənərbaxça" ilk oyunda öz meydanında "Reyncers"ə 1:3 hesabı ilə uduzub. Ötən gecə Şotlandiyada keçirilən görüşdə isə İstanbul klubu əsas və əlavə vaxtda 2:0 hesabı ilə üstün olub. Penaltilərdə isə "Reyncers" qalib gəlib - 3:2.
Güləşçimiz Avropa çempionu oldu
"Çox istəyirəm ki, Santuşla əlaqəmiz olsun" - Ayxan Abbasov
Mərdəkanda vurulan qollar - Video
"Araz-Naxçıvan" "Şamaxı" ilə bərabərə qaldı
Slot və Postekoqlunu qabaqladı, ən yaxşısı seçildi
Kamal Umudlu Avropa çempionatında
"Mingəçevir"in qələbəsindən - Video
Azərbaycan millisinin Moldova ilə oyun üçün heyəti
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
“Real”ın futbolçusu 3-4 həftə oynamayacaq
"Mingəçevir"dən ardıcıl 4-cü qələbə
"Real" 100 milyonluq transferə hazırdır
Tuhelin millidə ilk seçimi - 26 futbolçu
Salah Premyer Liqanın ən yaxşısı seçildi
Ayxan Abbasovdan təyinatı ilə bağlı - Açıqlama
Qurban Qurbanov bugünkü toplantıya niyə qatılmadı?
AFFA İntizam Komitəsindən ayrıldı
AFFA-nın İcraiyyə Komitəsinin bugünkü qərarları - Şəkillər
"Fənərbaxça" - "Qalatasaray" matçının vaxtı müəyyənləşdi
“Qarabağ”ın daha 4 futbolçusu milli komandalara çağırılıb
Azərbaycandan getdikdən sonra hər oyun qol vurur
Azərbaycan millisi ilə oyun üçün 24 futbolçu
Bruno Fernandeşdən Avroliqa rekordu
ÇL-də həftənin rəmzi heyəti açıqlandı
Azarkeşlərdən və komanda yoldaşlarından üzr istədi
Mikel Arteta: “Real”ı məğlub etməyi bacararıq"
2-ci liqada 14 oyunun vaxtı açıqlandı
"Bu gün üç penaltisi verilməyən komanda biz idik” - Mourinyo
Messi və Suares qol vurdu, "İnter Mayami" mərhələ adladı
Avroliqada və Konfrans Liqasında 1/4 final cütləri
Konfrans Liqasında 1/8 finala yekun vuruldu
"Barselona"da yeni müqavilə
Güləşçilərimizdən 1 gümüş, 2 bürünc
Onun bu hərəkəti qəzəb yaratdı - Şəkil
"Sabah"ın iki legioneri milli komandalara dəvət aldı
İki penalti dəf etdi, həftənin futbolçusu seçildi
Juninyo yenə qol vurdu - Video
"Sumqayıt"ın futbolçusu Özbəkistan millisinə dəvət aldı
İlk dəfə milliyə çağırılmasından danışdı
“Zaqataladan xarakterli futbolçular çıxıb”- Sxadadze
UEFA Alvaresin sayılmayan penaltisi ilə bağlı açıqlama verdi