Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan oyunda "Şamaxı" ilə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçı şərh edib.
QOL.az xəbər verir ki, o, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları dilə gətirib:
"Futbolçularımı təbrik edirəm. Ayxan Abbasov düzgün müdafiə qurmuşdu. "Şamaxı"ya qarşı oynamaq həmişə çətin olub. Hər oyunumuz gərgin alınır. Sıx qrafikdə çıxış edirik. Hər zaman ilin sonlarına yaxın futbolçuların sağlıq durumundan narahat olmuşam. Oyunçularda avrokubok matçlarından sonra gərginlik daha çox idi. Ümumilikdə isə keyfiyyəti qoruyub saxlamağı bacardıq. Lakin ildən-ilə bu tempi qoruyub saxlamaq çətinləşir".
O, rəqib futbolçu Leroy Mikels haqqında da danışıb: "Leroy Mikels yaxşı oyunçudur. Mənim komandamda da belə oynayardı, ya yox, bu, sual altındadır".
Mütəxəssis futbolçusu Juninyonun bu matçda iştirak etməməsinin səbəbini açıqlayıb: Juninyonun ehtiyatda qalması daha çox öz istəyinə bağlıdır. İstirahət etməyə ehtiyacı olduğunu bildirdi və ona uyğun qərar qəbul etdim".
Baş məşqçi 28 yaşlı hücumçunun "Sevilya"ya keçəcyi haqda yayılan məlumatlara da münasibət bildirib: "Onun "Sevilya"ya mümkün gedişinə gəlincə, hər oyunçunun gedişi kollektiv üçün problemə çevrilir. Bu, əlbəttə ki, mənim işimə mane olur. "Sevilya" kimi klubdan təklif gəlib. Juninyo bu xəbəri eşidəndə çox sevinib. Klubla danışıqlar gedir. Biz də heç bir futbolçuya az məbləğ ödəmirik. Deyə bilərəm ki, artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Buna görə komandamıza kənardan diqqət daha da çoxalacaq və çempionatımıza maraq artacaq. Azərbaycan futbolunun belə bir bazarda iştirak etməsi həm klubumuz, həm də ölkə üçün böyük addımdır. Juninyo da bildirdi ki, bu məsələdə hər şey qaydasında olsa, sevə-sevə gedərəm".
Q.Qurbanov son oyunlarda daha çox azərbaycanlı futbolçuların qollar vurmasına toxunub: "Doğrudur, son oyunlarda əsasən yerli oyunçular fərqlənirlər. Yorğunluq amili ola bilər, hamısında bu hiss olunur. Toral, Nəriman və Musa isə görünür, daha dinc və istəklidirlər. Musa artıq təcrübəlidir. Toral da həmçinin. Nərimanda bir ara eniş var idi, ancaq son vaxtlar həm məşqlərdə, həm oyunlarda özünü yaxşı tərəfdən göstərir, ondan da razıyam". (fanat.az)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?