“Sumqayıt”ın müdafiəçisi Murad Xaçayevin QOL.az saytına müsahibəsi
- Azərbaycan kubokunun 1/8 finalında MOİK-i yalnız əlavə vaxtda üstələyə bildiniz. Görüşün bu cür çətin alınmasını nə ilə əlaqələndirmək olar?
- I Liqa komandalarına qarşı oynamaq həmişə çətin olur. Çünki onlar meydana ikiqat motivasiya ilə çıxırlar. Buna görə də oyun bizim üçün çətin keçdi. Yaxşı ki, əlavə vaxtda da olsa qələbə qazandıq və mərhələ adladıq.
- Növbəti mərhələdə “Sabah”la qarşılaşacaqsınız. Paytaxt klubunu da mübarizədən kənarlaşdırmaq mümkün olacaq?
- Bəli, rəqibimiz “Sabah”dır. Əslində, “Turan Tovuz”la bu komanda arasında ciddi fərq yoxdur. Hər iki çox güclü kollektivdir. Səviyyələri yüksəkdir. Ona görə də rəqibin kimliyi önəm daşımır. Qələbə üçün oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, “Sabah”ı da mübarizədən kənarlaşdıraq.
- Çempionatda “Sumqayıt”ın işləri heç də yaxşı getmir. Buna görə düşünmək olar ki, avrokuboklara yollanmaq üçün əsas ümidiniz məhz kubokadır?
- Biz çempionatda da hər oyuna qələbə üçün çıxırıq. Hər komanda güclüdür. Kuboku qazanmaq da asan deyil. Çünki “Sabah”ı mübarizədən kənarlaşdırsaq, yarımfinalda “Neftçi” ilə üz-üzə gələ bilərik. Ona görə də asan olmayacaq. Lakin hər şey özümüzdən asılıdır.
- Yeri gəlmişkən, həftəsonu çempionatda “Neftçi” ilə qarşılaşacaqsınız. Samir Abasov amilini nəzərə alsaq, qarşıdakı matçı prinsipial saymaq olar?
- Xeyr, “Neftçi” ilə oyun bizim üçün prinsipial deyil. Evdə, öz azarkeşlərimiz qarşısında oynayacağıq. Onları sevindirmək üçün bütün gücümüzü meydanda qoyacağıq.
- “Neftçi”nin hazırkı durumu qələbə şansınızı artırır?
- “Neftçi” yaxşı komandadır. Heyətlərində yüksək səviyyəli futbolçuları var. Bu gün turnir cədvəlində hansı yerdə olmaları önəmli deyil. “Neftçi” hər zaman çətin rəqibdir.
- Qış fasiləsi yaxınlaşır. Qarşıdakı 3 turda “Sumqayıt”ın hədəfi nədir?
- Turnir cədvəlində vəziyyət elədir ki, 5-10-cu yerlər arasında xal fərqi elə də çox deyil, komandalar bir-birinə yaxındırlar. Ona görə də maksimum xal ehtiyatımızı artırmalıyıq. İtkiyə yol verə bilmərik. Bunun üçün son 3 matça maksimum dərəcədə köklənməli, bütün gücümüzlə mübarizə aparmalıyıq.
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi