"İspaniya millisi uşaqlardan ibarətdir" - Əfsanəvi alman

"İspaniya millisi uşaqlardan ibarətdir" - Əfsanəvi alman
DÜNYA FUTBOLU 4 İyul 2024 / 18:49 3627
-  A +

“İspaniyanın qrup mərhələsində yaxşı nəticələrini gördük. Texniki baxımdan yəqin ki, bizdən üstündürlər. Ancaq onların futbolçuları yaşca kiçik və təcrübəsizdirlər".

QOL.az xəbər verir ki, bu sözləri Almaniyanın əfsanəvi qapıçılarından olan Yens Lemann "Welt"ə açıqlamasında deyib.

Almaniya millisinin Av2-2024-ün 1/4 finalında İspaniya ilə keçirəcəyi oyun haqda danışan keçmiş qolkiper bildirib ki, rəqib futbolçularının yaşlarının az və təcrübəsiz olmaları onlar üçün üstünlükdür:

"Bu uşaqlardan ibarət komandadır. Onların çox gənc futbolçuları var. İspaniyanın hazırkı millisinin beynəlxalq turnirlərdə o qədər də təcrübəsi yoxdur".

Qeyd edək ki, iyulun 5-də keçiriləcək İspaniya - Almaniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Son xəbərlər