“Qarabağ”ın səviyyəsinə uyğun keyfiyyətli futbolçular alacağıq”.
Qol.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl çempionluq ziyafətində jurnalistlərə açıqlamasında deyib.
“Zirə”nin hücumçusu Hamidu Keytanı transfer etdiklərini açıqlayan klub rəhbəri başqa keçidlər üçün çalışdıqlarını bildirib: “Qarabağ” artıq ulduz yetişdirən klubdur. Büdcəmiz çatan ən yaxşı cavan, istedadlı futbolçular seçiləcək. Onlarla birlikdə yenə Avropada önəmli yerlərdə qərarlaşacağıq. Uğurlu ilimiz oldu. Klubdan növbəti mövsüm daha uğurlu çıxış gözləyirəm. Bunun üçün önlərində heç bir əngəl yoxdur”.
O, 10-cu Premyer Liqa çempionluğunun əhəmiyyətindən bəhs edib: “10-cu çempionluq Azərbaycanda ilkdir. Bu bizi çox sevindirir. Hamımızda ayrı bayram sevinci var. 10 çempionluq o deməkdir ki, bu klubda artıq qələbə ruhu formalaşıb. “Qarabağ”ın loqosunda bir ulduz var. UEFA hər 5 çempionluğa bir ulduz verir. Bizim də loqomuz dəyişəcək, orada iki ulduz olacaq. Bu, böyük nailiyyətdir”.
T.Gözəl zəfəri işğaldan azad olunmuş Qarabağın təmsilçisi kimi qeyd etməyin onlar üçün qürur mənbəyi olduğunu vurğulayıb: “Bizə bu xoşbəxtliyi bəxş edən Prezident İlham Əliyevə, hökumətə və şəhidlərimizə minnətdarlığımı bildirirəm”.
Klub prezidenti artıq akademiya ilə bağlı əməli fəaliyyətə başladıqlarını deyib. Ancaq o, akademiyanın məkanı ilə bağlı tərəddüd keçirdiyini gizlətməyib: “Komandanın yalnız növbəti mövsümdəki çıxışı yox, uzunmüddətli layihəsi məni maraqlandırır. Hesab edirəm ki, ən böyük hədiyyə akademiyanın qurulması oldu. İki il əvvəl demişdim ki, akademiyada gənclərə investisiya etməyin zamanı gəlib. Artıq bu yöndə işlərə başlamışıq. Yavaş-yavaş “Qarabağ”ın akademiyasını tikəcəyik. Yer də müəyyənləşib. Amma mənim ürəyimdən keçən stadionumuzun ətrafında akademiya tikməkdir. Vahid “Qarabağ” ruhunun yaranması baxımından bu, çox önəmlidir. Akademiyanın stadionumuzun yanında olmasına çalışacağıq. Bunun üçün cənab Prezidentdən, nazirlərdən xahiş edəcəyik. Hələlik məkanımız var, Binə qəsəbəsinə yaxın yerdədir. İdeal yerdə deyil, bir az uzaqdır. Artıq bu il inşaata başlamağı planlaşdırırıq. Bu, klub prezidenti olaraq atdığım ən önəmli addımlardan biridir”.
Tahir Gözəl gələcəkdə bəzi vacib görüşlərin Ağdamda təşkilini də istisna etməyib: “Avropada müntəzəm oynayan “Qarabağ” kimi klubun əsası artıq Bakıdadır. Ölkə başçısının göstərişi ilə Ağdamda da stadionlar tikiləcək. Bu, vaxt aparan prosesdir. Doğru zamanda oyunlarımızı orada keçirməyimizə həmişə şad olaram. Bu, bizim üçün fəxr olar. Ancaq düşünürəm ki, “Qarabağ” infrastrukturunu Bakıda qoyub, məkanını da paytaxtda genişləndirməlidir. Lazımlı, önəmli matçlarımızı Qarabağda keçirmək bizim üçün böyük şərəf olar” (Report).
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video