Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ” – “Zirə” oyunu meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.
Qol.az xəbər verir ki, bu qərar AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib.
Bildirilib ki, Premyer Liqanın 12 turunun “Sabah” –“Qəbələ” oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ”nin azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub.
Bu səbəbdən çempionatın 13-cü turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşlərinin stadiona girişi qadağan edilib.
Bundan başqa, “Sabah” – “Qəbələ” oyununda hər iki komandanın azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə klublar ayrı – ayrılıqda 4000 manat cərimə olunublar.
Həmin oyunda qonaq azarkeşlər tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” daha 1600 manat məbləğində cərimələnib.
Azarkeşlər tərəfindən stadionda 73 ədəd plastik oturacağın sıradan çıxarılması səbəbindən dəymiş ziyan “Qəbələ” tərəfindən tam ödənilməlidir.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı