“Sabah”ın almaniyalı yarımmüdafiəçisi Coy Lens Mikels bu mövsüm də ötən il olduğu kimi parlaq oyunu ilə azarkeşlərin rəğbətini qazanıb. Azərbaycan Premyer Liqasında 7 tura 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan oyunçu Qol.az-a müsahibə verib.
- İkinci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edirsiniz. Bununla bağlı təəssüratınız necədir?
- Bəli, bu, mənim Azərbaycanda artıq ikinci mövsümümdür. Özümü burda çox rahat hiss edirəm.
- Premyer Liqada 7 tura 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmısınız. Bu liqada qol vurmaq asandır?
- Bu o qədər də asan deyil. Ağır zəhmət və fədəkarlıq tələb edir. Nə qədər çox məşq etsən, o qədər asan qələbə qazanacaqsan.
- Qol sevincinizi Kriştiano Ronaldo kimi qeyd edirsiniz. Onun oyunu sizi motivasiya edirmi?
- Əlbəttə, Kriştianonun oyununu çox bəyənirəm. Onun fiziki hazırlığı və qapı qarşısında soyuqqanlılığı unikaldır. Lakin mənim sevimli futbolçum həmişə braziliyalı Ronaldo olub.
- Niderland və Almaniyada oynamısınız. Onlarla bizim Premyer Liqa və futbol üslubu arasında nə kimi fərqlərini deyə bilərsiniz?
- Bu çətin sualdır. Bütün liqaların hamısının oxşar cəhəti odur ki, hər oyunda qələbə üçün çalışmalısan. Lakin hər liqa müxtəlifdir və özünəməxsus xüsusiyyətləri olur.
- "Sabah” mövsümə çox dinamik başladı. Performansınızı sabit saxlaya biləcəksiniz?
- Fikrimcə, çempionata yaxşı start verdik. Ümid edirəm ki, birinci dövrənin sonuna kimi qalan daha 2 oyundan da qələbə ilə ayrıla biləcəyik.
- İndi Azərbaycan Premyer Liqasında bombardirlər cədvəlində rəqabət var. Bu mövsümün bombardiri olmaq kimi bir məqsədin var?
- Məncə, hər şeydən əsas komandanın qələbəsidir. Bu baxımdan bombardir olmaq barədə yox, komandamın qələbəsi barədə düşünürəm. Qol vurmaq həmişə xoşdur. Ancaq insanlar bununla bağlı müzakirə edəndə nəzərə almalıdılar ki, mən “9 nömrə” yox, yarımmüdafiəçiyəm.
- "Sabah”la müqaviləniz 2023-cü ilə qədərdir. Avropaya qayıtmaq və ya karyeranızı Azərbaycanın bu və ya digər klublarında davam etdirmək istərdinizmi?
- Azərbaycanı sevirəm və hazırda “Sabah”da çıxış edirəm. Yalnız komandamın qarşıdakı oyunları barədə düşünürəm. Gələcəkdə nə olacağını birlikdə görəcəyik.
Azad Nuriyev
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu