"Borussiya"dan Ronaldonun transfer olunacağı ilə bağlı xəbərlərə münasibət

"Borussiya"dan Ronaldonun transfer olunacağı ilə bağlı xəbərlərə münasibət
XƏBƏR 19 Avqust 2022 / 15:14 3271
-  A +

"Borussiya"nın (Dortmund) baş direktoru Hans-Yoahim Vatzke "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu transfer edəcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında deyib:

“Mən Kriştiano Ronaldonu çox bəyənirəm. Nə vaxtsa onu "Borussiya"nın formasında görmək gözəl olar. Ancaq transfer  danışıqlarımız olmayıb".

Daha əvvəl bildirilirdi ki, “Borussiya” bu yay Ronaldonu transfer etmək istəyən yeganə klubdur və komanda Çempionlar Liqasında çıxış etdiyi üçün 37 yaşlı hücumçunun özü də Almaniya klubuna keçməyə hazırdır.

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə məlumatlar yayılıb. O, ötən ildən bu komandada oynayır.

Daha çox


Son xəbərlər