Yığmamız Latviyaya qalib gəldi

Yığmamız Latviyaya qalib gəldi
XƏBƏR 25 May 2022 / 21:15 2597
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. 

Qol.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb. Ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub. 

Bu komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.

Daha çox


Son xəbərlər