Millimizin sabiq futbolçusunun oğlu Rusiya klubundan ayrıldı

Millimizin sabiq futbolçusunun oğlu Rusiya klubundan ayrıldı
XƏBƏR 23 Mart 2022 / 18:25 3203
-  A +

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya klubunu dəyişib. 

Qol.az xəbər verir ki, o, "Rubin"dən (Rusiya) ayrılaraq Batumi "Dinamo"suna keçib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Klub onunla yanaşı, Zuka Davitaşvilini də heyətinə qatıb.

21 yaşlı yarımmüdafiəçi Rusiyada oynadığı üçün ölkəsində ailəsi təhdid olunurdu. Rusiyanın Ukraynada apardığı müharibəyə görə Gürcüstanda Xviçanın Kazan təmsilçisində oynamasını istəmirdilər.

Qeyd edək ki, Badri Kvaratsxeliya Azərbaycan millisi ilə yanaşı, ölkəmizdə "Kəpəz", "Şəmkir" kimi komandalarda oynayıb.


Son xəbərlər
26.06.25  02:10

Messi, Buskets, Alba...