Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək layihəsi elan edib.
Qol.az xəbər verir ki, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
Müsabiqədə iştirak üçün:
– veb-saytın "Google analytics" hesabına yazılı giriş icazəsi təqdim olunmalıdır.
Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə etmək mümkündür.
Müsabiqəyə müraciət tələb olunan sənədlərin “.pdf” yaxud “.jpeg” versiyasının (skan edilmiş surəti və ya fotoşəkli) “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 (iki) məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır.
Ən yuxarı göstəricili 2 (iki) məqalənin, həmçinin veb-saytın dizaynının qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
Maliyyə yardımından istifadə:
– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;
Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.
Müraciətlərin qəbulu 07 yanvar 2022-ci il saat 18:00-dək həyata keçirilir.
Həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə də dəstək layihəsi elan edib. Müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.
Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:
– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;
– redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.
– Qəzetin müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrəsi müsabiqəyə təqdim edilməlidir.
Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin “.pdf” yaxud “.jpeg” versiyasının (skan edilmiş surəti və ya fotoşəkli) “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.
Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;
– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.
Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;
Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.
Müraciətlərin qəbulu 07 yanvar 2022-ci il saat 18:00-dək həyata keçirilir.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı