Premyer Liqanın daha bir oyunu təxirə salındı

Premyer Liqanın daha bir oyunu təxirə salındı
XƏBƏR 24 Dekabr 2021 / 16:36 1667
-  A +

İngiltərə Premyer Liqasının 19-cu turunun “Bernli” – “Everton” matçı təxirə salınıb.

Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 26-da baş tutmayacaq. Buna səbəb “Everton”un heyətində koronavirusa yoluxma hallarının artmasıdır. Matçın nə vaxt keçiriləcəyi məlum deyil.

Xatırladaq ki, 19-cu turun “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” matçı da komandaların heyətlərində koronavirusa yoluxma halları olduğu üçün təxirə salınıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner