Mahir Emreli ilin ən yaxşı legioneri adına namizəd oldu

Mahir Emreli ilin ən yaxşı legioneri adına namizəd oldu
XƏBƏR 23 Dekabr 2021 / 16:38 3662
-  A +

Millimizin futbolçusu Mahir Emreli "Legiya"da ilin legioner oyunçusu adına namizədlər sırasında yer alıb.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə yanaşı, Filip Mladenoviç və Tomas Pekhart da bu mükafata namizədlərdir.

Qalib Varşava təmsilçisinin rəsmi saytı, "Feysbuk" və "Tvitter" hesablarında azarkeşlər arasında keçiriləcək səsvermə ilə müəyyənləşəcək.

Qeyd edək ki, M.Emreli bu mövsüm 11 qol vurub. O,"Legiya"da bu mövsümün ən çox qol vuran oyunçusudur.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner