Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva azfutzal.az saytına müsahibə verib.
Qol.az xəbər verir ki, braziliyalı mütəxəssis həm komandanın Ukraynaya qarşı keçirdiyi yoxlama görüşlərindəki performansını dəyərləndirib, həm də qarşıdakı hazırlıq planı barədə danışıb.
- Ukrayna ilə hər iki oyun haqda matç bitdikdən sonra açıqlama vermisiniz. Soyuq başla daha hansı məqamları qeyd etmək istərdiniz?
- Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə oldu. Sonuncu dəfə apreldə rəsmi matç keçirmişdik. Sonrakı 7 ayda komanda bir araya toplanmamışdı. Əlbəttə, az müddət deyil. Oyundan əvvəl tam heyətlə 6 məşq keçdik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız dekabrın 14-də Bakıya gəldilər. Klubları ilə oyunları var idi. 6 məşq elə də yüksək göstərici deyil. Nəzərə alın ki, xarici klublarda çıxış edən futzalçılarımızın hər biri fərqli baş məşqçinin rəhbərliyi altında fərqli üslubda oynayır. Onları yenidən öz sistemimizə qaytarmaq, standart vəziyyətlər zamanı tapşırıqların icrasını mənimsəmək xeyli məşq istəyir. Oyunlar göstərdi ki, çox işləməliyik. Düzdür, ilk görüşlə müqayisədə ikinci matçın birinci hissəsində nisbətən yaxşı oynadıq. Ancaq bu yetərli deyil. Rəqibimiz də Avropanın güclü komandalarından biridir. Üstəlik, onlar bizimlə oyuna qədər İspaniya və Rumıniya yığmaları ilə üst-üstə 4 qarşılaşma keçiriblər.
- Hansı səhvlər həlledici oldu?
- Həm müdafiə, həm də hücum planında səhvlərə yol verdik. Futzalçılar fərdi oyuna daha çox meyil edirdilər. Halbuki biz kollektiv şəkildə tapşırıqları yerinə yetirməli idik. Oyunun gedişində kollektiv oyunumuz alınmadı. Buna görə də fərdi oyuna üstünlük verdilər, nəticədə səhvlər bir-birini təkrarladı. Oyun intizamını itirdik. Ramiz Çovdarov ikinci matça zədəli çıxmışdı. Rövşəni də bu səbəbdən tez əvəzlədik. Futzalçılara demişdim ki, hakimlərlə danışmayın. Hətta ilk matçda Bolinyaya tapşırdım ki, ehtiyatlı ol. Amma sonrası göz qabağındadır. Paltardəyişmə otağında da ilk tapşırıqlarımdan biri bu oldu. Ancaq meydanda emosiyaları idarə etmək bir qədər çətindir. Bəzən nəzarəti itirirsən. Hətta bir epizodda Rizvan qapçı formasında meydanda olduğu halda İsa heç kimə demədən oyuna çıxdı və meydanda eyni vaxtda 6 futzalçımız oldu. Bunlar tələskənliyin nəticəsidir. Həm də tam hazır olmayanda bu cür səhvlərdən qaça bilmirsən.
- Bu nəticələr sizin üçün nə dəcərədə gözlənilən idi?
- Gəzlənilməz oldu. Problemlərin olacağını bilirdim. Çünki uzun müddət idi oynamırdıq. Buna görə də səhvlərdən qaça bilməyəcəyimizi düşünürdüm. Görüşdən sonra uşaqlara bundan nəticə çıxarmalı olduğumuzu dedim. Məğlub olsaq da, hər iki matç xeyrimizə oldu. Səhvlərimizi gördük, final mərhələsinə qədər bunu aradan qaldırmalıyıq. Futzal elə oyundur ki, taktiki tapşırıqları mənimsəmək üçün gərək mütəmadi oynayasan.
- Yanvardakı hazırlıq planı necədir?
- Uşaqlara dedim ki, bu oyunu unudun. Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir. Yerli oyunçular yanvarın 5-də hazırlığa başlayacaq. Legionerlərimiz isə yanvarın 7-8-də gələcəklər. Çünki klublarında oyunları var, ondan sonra bizə qoşulacaqlar. Niderlanda yollanmazdan əvvəl də bir yoldaşlıq oyunu keçirəcəyik. Belçika millisi ilə matçda nə qədərəcə hazır olduğumuzu görəcəyik.
- Toplanış zamanı bu heyətə əlavələr olacaq?
- Eduardo Borqes zədəli olduğuna görə bu toplanışda iştirak edə bilmirdi. Hazırda müalicə olunur. Ümid edirəm ki, həmin vaxta qədər sağalacaq və komandaya qoşulacaq. Əsas odur ki, digər futzalçılarımız da zədəsiz oyunlar keçirsinlər və son hazırlıq mərhələsinə tam heyətlə qatıla bilək.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu