Zaur Əzizovun "Qəbələ"dən getdiyi rəsmən açıqlandı

Zaur Əzizovun "Qəbələ"dən getdiyi rəsmən açıqlandı
XƏBƏR 17 Dekabr 2021 / 14:54 2347
-  A +

"Qəbələ" İdman Klubu baş menecer Zaur Əzizovla yollarını ayırıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə komandanın uğurları üçün çalışıb. Əzizov “Qəbələ” ilə birlikdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.

Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

"Qəbələ" İdman Klubu Zaur Əzizova əsas komandanın formalaşması, inkişafı və uğurlarındakı xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Qeyd edək ki, hələlik rəsmən açıqlanmasa da, Z.Əzizovun fəaliyyətini “Neftçi”də davam etdirəcəyi gözlənilir. Onun paytaxt klubunun baş menecerliyinə gətirildiyi, vəzifəsinin icrasına 2022-ci ilin yanvarın 1-dən başlayacağı bildirilir.


Son xəbərlər
topaz banner