Süleyman Məmmədli vəfat etdi

Süleyman Məmmədli vəfat etdi
XƏBƏR 22 Sentyabr 2021 / 12:22 3879
-  A +

Azərbaycan taekvondosuna ağır itki üz verib.

Qol.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədli vəfat edib.

Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş Məmmədli 73 yaşında dünyasını dəyişib.

O, ATF-ə 2002-ci ilədək rəhbərlik edib. Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, həmçinin Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.

Allah rəhmət eləsin!
 


Son xəbərlər