"Portuqaliya, Serbiya, Türkiyə ilə oyunlarda nəyə qadir olduğumuzu göstərmişik"

"Portuqaliya, Serbiya, Türkiyə ilə oyunlarda nəyə qadir olduğumuzu göstərmişik"
ÖLKƏ FUTBOLU 1 İyun 2021 / 21:30 2578
-  A +

“Belarus millisi yaxşı komandadır. Türkiyə ilə oyunda uduzsaq da, yaxşı oynadığımızı düşünürəm. Fərqlənmək üçün şanslarımız oldu, sadəcə son anda dəqiq ola bilmədik. Əgər bu cür davam etsək, yaxşı nəticələr əldə edəcəyik".

Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Əli Qurbani sabah Belarusla keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

"Sumqayıt"ın hücumçusu oyuna tam hazır olduqlarını qeyd edib: "Hazırda Belarus çempionatı davam edir. Bu amil onlar üçün üstünlük ola bilər. Amma biz də mövsüm ərzində 4 gündən bir futbol oynamışıq. Hazır formada olduğumuzu düşünürəm. Hər hansı yorğunluqdan söhbət gedə bilməz. Yaxşı nəticə əldə etmək üçün bacarığımızı ortaya qoymalıyıq. Xüsusən, güclü komandalarla – Portuqaliya, Serbiya, Türkiyə ilə oyunlarda nəyə qadir olduğumuzu nümayiş etdirmişik. Yaratdığımız fürsətləri dəyərləndirə bilsək, komandanın özünəinamı artacaq”.

Daha çox


Son xəbərlər
topaz banner