UEFA-nın qərarına əsasən, 2021/22 mövsümündən Avropada Konfrans Liqası (bundan sonra KL – red.) adlı yeni turnirin keçirilməsinə başlanacaq. Bu, Çempionlar Liqası (ÇL) və Avropa Liqasından (AL) sonra səviyyəsinə görə qitənin üçüncü klub turniri olacaq.
Yarışda UEFA üzvü olan 55 milli assosiasiyadan ümumilikdə 184 komanda (ÇL və AL-dən KL-ə keçəcək 46 komanda daxil) oynayacaq.
“Qarabağ” güclülər səbətində
Azərbaycan turnirdə üç klubla təmsil olunacaq - kubokun qalibi “Keşlə”, gümüş və bürünc mükafatçılar “Qarabağ”la “Sumqayıt”. Hər üç klubumuz yarışa ikinci tənifat mərhələsindən qoşulacaq. “Qarabağ” reytinqi daha yüksək olan komandaların düşdüyü “səpələnmişlər”, “Keşlə” və “Sumqayıt” isə reytinqi aşağı olan komandaların “səpələnməmişlər” səbətində yer alacaq.
UEFA prezidenti Aleksander Çeferin bildirir ki, yeni turnir avrokubokları heç vaxt olmadığı qədər daha maraqlı edir. Onun sözlərinə görə, bundan sonra oyunları sayı artacaq, qrup yarışlarında daha çox ölkə təmsil olunacaq. Bu turnirin yaradılması ilə heç bir ölkə üçün kvota azaldılmayacaq. Mükafatların məbləğində də ciddi dəyişiklik gözlənilmir.
KL-in Avroliqaya təsiri
KL-in yarınması ilə yeni mövsümdən Azərbaycan Avropa Liqasında təmsil olunmayacaq. Buna səbəb ölkəmizin hazırda UEFA reytinqində 26-cı olmasıdır. UEFA 2021/22 mövsümündən başlayaraq Avropa Liqasına yalnız UEFA reytinqində ilk 15 yeri tutan ölkələrin klubları buraxır.
UEFA Avroliqanın formatına da əl gəzdirib. Bu yaydan Avroliqada ilkin, birinci və ikinci təsnifat mərhələləri ləğv olunur, yarış üçüncü mərhələdən başlayır. Bu mərhələyə artıq qeyd edildiyi kimi, TOP-15-də olan ölkələr, eləcə də Çempionlar Liqasının ikinci raundunda uduzan komandalar buraxılır (bura isə UEFA reytinqində 15-ci pillədən başlayaraq daha aşağı yeri tutan ölkələr də daxildir). Yəni əgər Azərbaycan çempionu “Neftçi” ÇL-in ikinci mərhələsinə gəlib burada uduzsa, mübarizəni Avropa Liqasında üçüncü mərhələdən davam etdirəcək. Yox, əgər çempionumuz ÇL-də birinci mərhələdə dayanarsa, bu halda Konfrans Liqasının ikinci raundundan çıxış etməyə başlayacaq.
Nə vaxt başlayırıq?
UEFA reytinqində 16-28-ci yerləri tutan ölkələr (26-cı pillədəki Azərbaycan da daxil) Konfrans Liqasına 2-ci, 29-55-ci yerləri tutan ölkələr isə 1-ci mərhələdən qoşulur. ÇL və AL-dən fərqli olaraq, KL-in qrupuna heç bir ölkəyə daxili çempionat yolu ilə birbaşa vəsiqə verilmir. Birinci, ikinci, üçüncü və pley-off mərhələləri oynandıqdan sonra 32 komandadan ibarət 8 qrup formalaşdırılır. Əgər Azərbaycan çempionu Avropa Liqasının pley-offuna qədər gəlib orada uduzsa, bu halda Konfrans Liqasında qrupa vəsiqə qazanacaq. Qrupda 1-ci yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanır. Qrup 2-ciləri isə 1/8 finaldakı digər 8 vəsiqə uğrunda Avroliqada 3-cü yeri tutan komandalarla pley-off oyunları keçirir.
Konfrans Liqasının qalibi mükafat və yeni mövsümdən Avropa Liqasının qrupunda birbaşa oynamaq hüququ əldə edir (əgər daxili çempionat yolu ilə Çempionlar Liqasına vəsiqə qazanmayıbsa). KL-ə iyulun 8-i birinci mərhələnin oyunları ilə start verilir. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda olacaq. İlk final isə 2022-ci ilin mayın 25-də Albaniyanın Tirana şəhərində keçiriləcək.
Çempionlar Liqasında heç bir dəyişiklik olmayacaq. Avropa Liqasında isə qrupda yarışacaq komandaların sayı 48-dən 32-ə, qrup sayı 12-dən 8-ə endiriləcək (ÇL-də olduğu kimi) və hər birində 4 komanda oynayacaq. Beləliklə, UEFA-nın üç turnirinin hər birində 32 komanda, 8 qrupda yarışacaq. AL-də qrup qalibləri 1/8 finala birbaşa vəsiqə əldə edəcəklər. 2-ci yeri tutanlar isə ÇL-də 3-cü olan komandalarla digər 8 mükafat uğrunda pley-off matçları keçirəcəklər.
Mükafat nə qədərdir?
Hələlik Konfrans Liqasının təsnifat mərhələlərinin mükafat fondu barədə rəsmi məlumat açıqlanmayıb. Qrup mərhələsinin mükafat fondu isə hər qələbəyə görə 500 min avro, heç-heçəyə görə 166 min avro veriləcək. Qrupu lider kimi tamamlayan komanda əlavə 650 min avro əldə edəcək. Qrup ikincilərinə 325 min, 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək.
Bu o deməkdir ki, UEFA-nın əvvəlcədən elan etdiyi kimi KL-lə AL-in mükafat fonları arasında böyük fərq olmayacaq. 2020/21 mövsümü üçün Avropa Liqasının qrupunda qələbəyə görə 570 min, heç-heçəyə görə isə 190 min avro ödənilib.
Qol.az
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı