“İki qardaş ölkənin yoldaşlıq görüşü üçün burada olduğuma görə xoşbəxtəm. Türkiyə yığması Avropa çempionatına yüksələn güclü komandadır".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Türkiyə ilə sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis qeyd edib ki, Türkiyə millisinə çətin anlar yaşatmaları onların Avro-2020-də işinə yaraya bilər. O, komandasının potensialı haqda isə bunları bildirib: "Bu vəzifədə 10 aydır çalışıram. Koronavirus pandemiyası çətinliklərimizi artırdı. Azərbaycan millisi keyfiyyətli komandadır. Beynəlxalq arenalardakı oyunlarla böyüməyə və inkişaf etməyə çalışırıq. Azərbaycanın gələcəkdə daha güclü komanda olacağını düşünürəm".
De Byazi Avro-2020-nin qrup mərhələsində keçiriləcək İtaliya – Türkiyə oyunu barədə düşüncələrini də bölüşüb: "Mançininin gəlişindən sonra İtaliya yığması yaxşı çıxış edir. Türkiyə yığmasının da sükanı arxasında Şenol Günəş kimi təcrübəli mütəxəssis var. Maraqlı oyun olacağını düşünürəm".
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir